Icma.az
close
up
RU
Gənc könüllülər üçün motivasiya təlimi keçirilib

Gənc könüllülər üçün motivasiya təlimi keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 10 sentyabr, AZƏRTAC

Naxçıvanda “Gənclərin şəxsi inkişaf həftəsi”nin üçüncü günündə gənclərin şəxsi inkişafına dəstək məqsədilə motivasiya mövzusunda təlim təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Nəzərova “Motivasiya: uğura aparan əsas mühərrikiniz” mövzusunda çıxış edib.

Təlim zamanı motivasiyanın insan həyatında oynadığı rol, şəxsi inkişaf və karyera yolunda əhəmiyyəti, pozitiv həyat tərzinin formalaşdırılması, məqsədyönlü fəaliyyətin uğura təsiri barədə iştirakçılara ətraflı məlumat verilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən proqram çərçivəsində baş tutan görüşdə interaktiv üsullardan istifadə edilib. Gənclərin mövzuya yanaşmasını öyrənmək məqsədilə sorğu keçirilib, komanda işi və yaradıcı düşüncə bacarıqlarını inkişaf etdirən oyun təşkil olunub. İştirakçıların motivasiya ilə bağlı sualları ətraflı cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.

Təlimdə vurğulanıb ki, uğura gedən yolda insanın əsas güc mənbəyi öz daxili motivasiyasıdır. Ona görə də gənclərin bu keyfiyyəti inkişaf etdirməsi, qarşıya qoyduqları məqsədlərə fokuslanaraq addım atması xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, “Gənclərin şəxsi inkişaf həftəsi” çərçivəsində keçirilən tədbirlər gənclərin fərdi bacarıqlarını inkişaf etdirmək, onların müasir dövrün tələblərinə uyğun bilik və vərdişlər qazanmasına şərait yaratmaq məqsədi daşıyır. Proqramın davamında gənclər üçün layihələrin idarə olunması və sosial şəbəkələrdə brendinq mövzularında növbəti təlimlərin keçirilməsi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri