Icma.az
close
up
RU
Jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimi keçirilib

Jurnalistlər üçün “Rəqəmsal savadlılıq” təlimi keçirilib

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunu təşviq etmək məqsədilə təlim keçirilib. Altmışa yaxın iştirakçının qatıldığı təlim “Bakcell” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə tərəfdaşlığı çərçivəsində baş tutub.

AZƏRTAC xəbər verir ki, il ərzində planlaşdırılan təlimlər silsiləsinin ilk sessiyasında media nümayəndələrinə rəqəmsal təhlükəsizlik sahəsində əsas risklər, kibertəhlükəsizlik insidentlərinə qarşı müdafiə üsulları və rəqəmsal medianın informasiya təhlükəsizliyindəki rolu barədə ətraflı məlumat verilib. Təlim iştirakçıları, eyni zamanda, süni intellektin kibertəhlükəsizlikdə tətbiqi, məlumatların məxfiliyi və kiberfırıldaqçılıq riskləri kimi vacib mövzular ətrafında müzakirələr aparıblar.

“Telekom sektorunda süni intellekt və innovasiyalar getdikcə daha böyük rol oynayır və biz media nümayəndələrinin bu trendləri yaxından izləməsinə kömək etməyi vacib hesab edirik. İnanırıq ki, təşkil etdiyimiz təlimlər iştirakçıların texnoloji yeniliklərə dair biliklərini artırmağa və rəqəmsal sahədəki dəyişiklikləri daha dolğun işıqlandırmalarına imkan yaradacaq”, – deyə “Bakcell“in baş direktoru Klaus Müller bildirib.

İRİA-nin İdarə Heyətinin sədri Fərid Osmanov isə təlimin əhəmiyyətini vurğulayaraq bildirib: “Media cəmiyyətin yeniliklərə açıq olmasında və innovativ düşüncənin formalaşmasında mühüm rol oynayır. Son dövrlərdə kibertəhlükəsizlik və rəqəmsal ekosistemin qorunması xüsusilə aktual məsələyə çevrilib. Bu təlimlər media nümayəndələrinə yalnız rəqəmsal bacarıqlar qazandırmır, eyni zamanda, onları kibertəhlükəsizlik risklərinə qarşı daha hazırlıqlı edir. Rəqəmsallaşan dünyada medianın təhlükəsiz informasiya mühitini qoruması strateji əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, “Bakcell” 2012-ci ildən etibarən hər il media nümayəndələri üçün innovasiya və texnologiyalara dair təlimlər təşkil edir. Bu il isə ilk dəfə olaraq tədbirlərini daha geniş miqyasda keçirərək, İRİA ilə birgə reallaşdırıb. Ölkədə innovasiya mövzusunda liderliyini qoruyan hər iki qurum il ərzində mütəmadi təlimlər təşkil edəcək. Süni İntellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik, innovasiya kimi mühüm mövzuları əhatə edən proqram iştirakçılara rəqəmsal transformasiya dövründə müasir media trendlərinə uyğunlaşmaq üçün praktik biliklər qazandıracaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Fevral 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri