Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Gələn ay 30 manat yardım veriləcək

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 oktyabr, Aysel Azadqızı, AZƏRTAC

Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Müasir təhsil sistemi gənc, yaradıcı və yeniliklərə açıq müəllimlərin fəaliyyəti ilə daha da zənginləşir. 179 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Mədinə Əbilova da müəllimlik peşəsinə böyük sevgi və məsuliyyətlə yanaşır. O, müəllimlik yolunu AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

Mədinə Əbilova 2015-ci ildə Bakı Slavyan Universitetinin İbtidai sinif müəllimliyi fakültəsinə qəbul olub. Universiteti bitirdikdən sonra, 2019-cu ildə müəllimlərin işə qəbulu imtahanında iştirak edərək özünün orta təhsil aldığı Qorxmaz Baxşıyev adına 179 nömrəli məktəbdə pedaqoji fəaliyyətə başlayıb.

Mədinə xanım deyir ki, bu peşə onun üçün sadəcə bir iş deyil, doğma məktəbinə biliklərini bölüşən və gələcək nəsli tərbiyə edən müəllim kimi qayıdışdır.

Mədinə xanımın pedaqogikaya olan sevgisi coğrafiya müəllimi sayəsində yaranıb: “Müəllimimin dərslərinə yanaşması, şagirdlərlə ünsiyyətinə heyran qalırdım və məhz o vaxt onu özüm üçün bir nümunə seçdim. Daha sonra universitetdə oxuduğum illərdə və təcrübədə olarkən uşaqlarla çox vaxt keçirirdim. Getdikcə əmin olurdum ki, məhz bu iş mənə ilham verir. Uşaqlarla ünsiyyət qurmaq, onların kiçik kəşflərinin və uğurlarının bir parçası olmaq mənə böyük sevinc bəxş edirdi. Məhz o zaman həyatımı bu peşəyə həsr etmək qərarını tam olaraq qəbul etdim”.

Mədinə müəllim ilk dərs günündə həyəcanlı olub: “İlk dəfə uşaqların qarşısında artıq şagird kimi deyil, müəllim kimi dayanmışdım. Lakin bilirdim ki, bu gün uşaqlar məndən daha həyəcanlıdırlar. Ona görə də onları isti münasibətlə qarşılamağa çalışdım ki, hər biri özünü güvəndə hiss etsin və onlar üçün yeni mərhələ maraqla başlasın. Əlbəttə, valideyni üçün darıxıb ağlayan balacalar da vardı, amma mən onları sakitləşdirməyi və kiçik qəlblərinə yol tapmağı bacardım. Sonra tanışlıq başladı, birlikdə mahnılar oxuduq, bəziləri şeir və nağıl da danışdı. O gün mənim yaddaşıma böyük yolun başlanğıcı kimi həkk olundu”.

Müsahibimiz şagirdlərinin yeni bir şey öyrənəndə və ya uğur qazandıqda gözlərinin parlamasının onun üçün ən böyük mükafat olduğunu deyir. Mədinə Əbilova hesab edir ki, balaca uşaqlarla işləmək səbir tələb edir.

Müsahibimiz deyir ki, şagirdləri ona daim diqqətli davranmağı və dünyaya onların gözü ilə baxmağı öyrədirlər: “Amma onlardan aldığım ən gözlənilməz dərs səmimiyyətləri və dürüstlükləri ilə ilham vermələridir. Bir dəfə dostluq və emosiyalar barədə danışarkən bir şagirdim dedi: “Müəllim, siz güləndə bizə oxumaq daha asan olur”. Bu söhbətdən sonra anladım ki, mənim enerjim və uşaqlara münasibətim onların əhvalına və uğurlarına düşündüyümdən daha çox təsir edir. Bir daha xatırladım ki, pedaqogika yalnız bilik vermək deyil, həm də dəstək olmaq, ilhamlandırmaq və hər uşağın yanında olmaqdır”.

Mədinə xanım deyir ki, müasir texnologiyalar müəllim üçün yeni imkanlar açır. Onun fikrincə, rəqəmsal vasitələrdən və interaktiv platformalardan istifadə dərsləri daha maraqlı və əyani edir: “Məsələn, təqdimatlar, tədris oyunları və videolar çətin mövzuları sadə və anlaşılan formada izah etməyə kömək edir. Son vaxtlar dərs materiallarını hazırlayarkən şagirdlərə fərdi yanaşmada süni intellekt elementlərindən də istifadə etməyə başlamışam. Texnologiyalar gündəlik işləri asanlaşdırır. Hər bir uşağa daha çox diqqət ayırmağa imkan yaradır, tədrisi canlı, maraqlı və müasir edir”.

Mədinə Əbilova söyləyir ki, şagirdlərinə təkcə bilik vermək yox, həm də onlarda yaxşı keyfiyyətlərin formalaşmasına, məsuliyyət və insansevərlik hisslərinin inkişaf etməsinə çalışıb: “Dərs zamanı və dərsdən kənar çoxsaylı söhbətlərimiz olurdu. İlk buraxılış sinfim yeddinci sinifdə oxuyur. Onların hazırkı müəllimlərindən çalışqan, mehriban və yaxşı uşaqlar olduqlarını eşidəndə qürur duyuram. Bəzi şagirdlərim peşəkar idmanla məşğuldurlar”.

Müsahibimiz deyir ki, dərslərində ünsiyyət, oyun və yaradıcılıq tapşırıqları uşaqların özlərini ifadə etməsinə kömək olur.

Müəllimlər Günü ilə bağlı ən yadda qalan xatirəsi isə şagirdlərinin onun üçün çıxış hazırlamaları olub: “Böyük plakat düzəltmişdilər, bizim birgə şəkillərimizi yapışdırıb və arzularını yazmışdılar. Mahnı oxudular, şeir dedilər, hətta kiçik bir səhnəcik də hazırlamışdılar. Belə anlar mənim üçün maddiyyatdan qat-qat dəyərlidir”.

Gənc müəllimin fikrincə, təhsil zamanla ayaqlaşmalıdır: “Arzu edirəm ki, məktəblərdə müasir texnologiyalar və interaktiv təlim metodları daha fəal tətbiq olunsun. Müxtəlif siniflərin uşaqlarını birləşdirən praktik dərnəklər yaradılmalıdır. Bu dərnəklər uşaqların istedadlarını inkişaf etdirir, əməkdaşlıq etməyi öyrədir və yeni dostluqlar yaradır.

Bundan başqa, oxuya marağı artırmağın vacib olduğunu düşünürəm. Bunun üçün məktəblərdə rəqəmsal kitabxanalardan istifadə olunmalıdır. Beləliklə, hər bir uşaq lazım olan əsərlərə asanlıqla çıxış əldə edər və bu, onların müasir formada ədəbiyyata sevgi bəsləməsinə səbəb olar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see396

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see215

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see155

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see122

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see121

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri