Icma.az
close
up
RU
Gənc oğlan başqasıyla yazışan sevgilisinə ağır işgəncələr verdi: Dostlarının evini gəzdirdi TƏFƏRRÜAT

Gənc oğlan başqasıyla yazışan sevgilisinə ağır işgəncələr verdi: Dostlarının evini gəzdirdi TƏFƏRRÜAT

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Bakıda 2002-ci il təvəllüdlü Faiq qeyri-rəsmi münasibətdə olduğu Səmaya (adlar şərti verilib - red.) ağır işgəncələr verib, ona qarşı seksual xarakterli hərəkətlər edib.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, Faiq hamilə vəziyyətində olan Səmanın sosial şəbəkələrdə başqa kişilərlə ünsiyyət saxlamasından xəbər tutub.

21 mart 2023-cü il tarixdə saat 10 radələrində dostu Bəhruzun kirayə qaldığı evin qonaq otağında mübahisə zamanı Səmanın sifət nahiyəsinə çoxsaylı zərbələr vurub. Bel kəmərini çıxararaq onu üzü üstdə yerə uzadıb, kürək, sağrı və ayaq nahiyələrinə zərbələr endirib. Səmanın qollarını kəmərlə bağlayıb, onu köməksiz vəziyyətə salıb. Ailəsinin və özünün ünvanına nalayiq ifadələr işlədib, bir daha sosial şəbəkələrdə başqa şəxslərlə ünsiyyət saxlamayacağına söz verməsini tələb edib.

Səma diktə olunan sözləri deyərkən Faiq mobil telefonla videoçəkiliş aparıb. Soyunaraq qadına qarşı intim hərəkətlər edib.

Səma ilə əvvəlcə oral, sonra qeyri-təbii yolla seksual xarakterli hərəkətlər edib. Bu hərəkətlərini də mobil telefonla çəkib.

Qadın ona yalvararaq aktiv müqavimət göstərib, seksual xarakterli hərəkətlər etmək təklifi ilə razılaşmadığını bildirib.

Faiq yetirdiyi xəsarətlərin izlərini itirmək üçün qarşılıqlı razılaşmaya əsasən saat 14 radələrində birlikdə istintaqla müəyyən edilməyən digər evə gedib və 4 gün orada yaşayıblar.

Bundan sonra birlikdə martın 25-də digər Faiqin dostu Bəxtiyarın kirayə yaşadığı evə gediblər, saat 21 radələrində yenidən sosial şəbəkələrdə kişi cinsindən olan digər şəxslərlə ünsiyyət saxlamasını bəhanə edərək onun bədəninin müxtəlif nahiyələrinə əlləri-ayaqları ilə çoxsaylı zərbələr vurub.

Kəmərlə Səmanın qollarını bağlayaraq mənzilin hamam otağına salıb. Orada onunla cinsi əlaqədə olub, üzərinə sidik ifraz edib, bu hərəkətlərini mobil telefonla çəkib.

İstintaq orqanı tərəfindən Faiqin barəsində Cinayət Məcəlləsinin 133.2.2 (aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində əzab vermə), 133.2.4 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə), 133.2.6 (əzab vermə - işgəncə verməklə törədildikdə) və 150.2.4-cü (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham elan edilib.

“Zarafat etdiyini bildirdi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki, təxminən bir il əvvəl Səmanı “Tik-Tok” sosial şəbəkəsində tanıyıb və onunla münasibət yaradıb: “On aya yaxın qeyri-rəsmi münasibətdə olduq. Hadisədən təxminən 10 gün əvvəl aramızda anlaşılmazlıq olduğu üçün Səmadan ayrıldım. 10 gün onunla əlaqə saxlamadım.

Səma mobil nömrəsindən mənə zəng etdi, görüşmək istədiyini bildirdi. Əvvəl imtina etsəm də, sonra onunla danışdım. Rəfiqəsi Sevilgildə olduğunu bildirən Səma məni də oraya dəvət etdi.

Həmin ünvanda görüş zamanı Səma mənə Səlim adlı şəxslə danışdığını dedi. Hirslənərək ona şillə vurdum. Səma sadəcə zarafat elədiyini söylədi”.

“Səmaya and içdirdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Səma ilə dostu Bəhruzgilə gediblər: “Bəhruzgilin yaşadığı evin çöl qapısı açıq olsa da, evdə heç kim yox idi. Əvvəllər dəfələrlə Səma ilə və ya tək Bəhruzgilə olmuşdum. Onların qapısı həmişə açıq olurdu.

Səmanı orada döydüm. Dodağında, sifətində, gözünün altında və bədəninin başqa yerlərində xəsarətlər əmələ gəldi. Ona başqa kiminləsə yazışıb-yazışmaması barədə and verdim, bir daha kiməsə yazmayacağına and içməsini tələb etdim.

Səma da and içərək Səlim adlı şəxsdən başqa heç kimə yazmadığını, heç kəslə yazışmadığını bildirdi. Daha onu döymədim.

Günorta saat 15 radələrində Bəhruz evə gələndə Səmanın üz-gözünü qan içində, evi dağınıq halda gördü. Bəhruza kömək etdim, evdə qan tökülmüş yerləri təmizlədim. Bəhruz bir müddət sonra ailəsinin evə gələcəyini dedi və getməyimizi xahiş etdi”.

“Vurma, qələt eləmişəm!”

Faiqin ifadəsinə görə, digər tanışı Bəxtiyara zəng edərək bir problemi olduğunu, onunla söhbət etmək istədiyini deyib: “Səmanı götürüb taksi ilə Bəxtiyarın Tbilisi prospektində yerləşən evinə getdik. Bəxtiyar evdə tək idi.

Səmanı tək qoyub Bəxtiyarla evdən çıxdıq. Çöldə olanda digər tanışım Rəhim zəng edərək Səmanın 10 gün ərzində ona yazdığını bildirdi. Bunu bildikdə geri qayıtdıq, Bəxtiyar o biri otağa keçdi.

Səma ilə yenidən söhbət etdik. Aramız olmadığı 10 gün ərzində başqa kiminləsə yazışıb-yazışmadığını soruşdum. Səma and içdi, heç kəslə danışmadığını bildirdi. Rəhimlə danışdığını dedim. Əsəbləşib yenidən onu döyməyə başladım. Əlimlə, ayaqlarımla başından, sifətindən, bədəninin müxtəlif nahiyələrindən vurdum.

Əsəbim keçmədiyi üçün onu zorla hamama saldım. Soyundurub orada döyməyə davam etdim. Səma ağlayaraq qələt etdiyini, bir daha yalan danışmayacağını dedi, onu vurmamağımı xahiş elədi. Əsəbim soyumadığı üçün onu döyməyə davam etdim”.

“Hamama aparıb, videoya çəkdim”

Faiq qeyd edib ki, soyunaraq Səmanın başına və bədəninə sidik ifraz etməyə başlayıb: “Mobil telefonumun kamerasını açıb, bir daha belə hərəkət etməyəcəyinə and içməsini tələb elədim. Üstünə sidik ifraz etməyimi də videoya çəkdim.

Bəxtiyar hamama girərək məni sakitləşdirdi və hamamdan çıxardı. Daha Səmanı vurmadım. Bəxtiyarın anası Fatimə evə gələndə Səmanın bədənində olan xəsarətləri gördü. Bəxtiyarı dərman almağa göndərdi.

Təxminən 3 gün Səma ilə birlikdə Bəxtiyargildə qaldım. Fatimə Səmaya qulluq edərək sağalması üçün əlindən gələni etdi”.

Faiq bildirib ki, martın 26-da Səmanın anası onunla əlaqə saxlayaraq qızını soruşub: “Taksi çağıraraq Səmanı Sumqayıta, evlərinə yola saldım. Səmanın hamiləliyindən xəbərsiz olmuşam. Bir neçə dəfə mənə hamilə olduğunu desə də, bunu zarafat bilmişəm. Hadisədən bir gün sonra Səmanı “German Hospital”a apardım.

Səmanı kəmərlə, təpiklə vurmamışam, əllərini bağlamamışam”.

“Hamiləliyimi bilirdi”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səmanın sözlərinə görə, Faiqi təxminən 2022-ci ilin sentyabrında “Tik tok” sosial şəbəkəsindən tanıyıb və yaxın münasibət qurub: “Valideynlərim Bakı şəhərində yaşasalar da, özüm adətən tək Sumqayıt şəhərində 6-cı mikrorayonda qalmışam.

Münasibətimiz yaranandan sonra Faiqlə çox vaxt Sumqayıtdakı evdə olurduq. 2023-cü il yanvarın sonlarında hamilə qaldım. Bunu Faiq özü də bilib. Çünki birlikdə “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında yerləşən “German” hospitala, tanıdığım həkimin yanına da getmişdik”.

Səma qeyd edib ki, sonradan Faiqin başqa qızlarla danışdığını öyrəndiyi üçün mübahisə edib və ondan ayrılıb: “Artıq Faiqlə Sumqayıtda qalmırdım. Bu zaman Faiqlə ortaq tanışım Rəhim adlı şəxs mənim “Tik tok” hesabıma yazdı ki, nə var, nə yox. Onunla 15-20 dəqiqə yazışdıq.

Rəhimə Faiqlə ayrıldığımızı yazdım. Səbəbi soruşdu, mənimlə hal-əhval etdi. Bundan artıq heç nə yazışmadım. Nə Rəhim mənə, nə də mən ona hər hansı yaxın münasibət qurmaq barədə təklif etmədik. Belə bir eyham da vurmadıq”.

“Sosial şəbəkələrdə aktiv olub-olmadığımı soruşdu”

Səmanın sözlərinə görə, iki gün sonra Faiqdən paylaşdığı hansısa video ilə bağlı söz soruşmaq üçün ona zəng edib: “Faiq məndən harada olduğumu soruşdu. Rəfiqəm Nuridə ilə qızı Sevilgildə olduğumu dedim. Ona evin yerini başa saldım.

Təxminən 20 dəqiqə sonra Faiq məni həmin evdən götürdü. Aşağıda 2-3 dəqiqə söhbət etdik. Məndən sosial şəbəkələrdə aktiv olub-olmadığımı soruşdu. Yalandan guya onun tanışı Səlim adlı şəxslə “Tik-tok”da yazışdığımı dedim ki, qısqansın. Gözləmədiyim halda Faiq blokda sifətimin sol hissəsinə bir şillə vurdu.

Saat 10 radələrində Faiqin təklifi ilə birlikdə ortaq tanışlarımız olan Bəhruzgilə getdik. Mobil telefonu yadımdan çıxıb, Nuridəgildə qalmışdı. Birlikdə iki mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən iki otaqlı mənzilə daxil olduq. Bəhruz evdə tək idi.

Faiq mənimlə otaqlardan birinə keçdi, Bəhruz isə digər otaqda qaldı. Faiq “Tik-tok”da Səlimlə danışmağımın səbəbini və nə barədə danışdığımızı soruşdu. Faiqin çox əsəbləşdiyini gördüm və ona yalan dediyimi bildirdim.

Faiq sözümə inanmadı, yenidən sol üzümə şillə vurdu, yerə yıxıldım. Otaqda yerdə dizi üstdə olanda Səlimlə nə məzmunda danışdığımı yenə soruşdu. Mobil telefonunu çıxararaq videoçəkiliş etməyə başladı. Şalvarının kəmərini çıxardı, məni üzü üstə yerə uzandıraraq əlindəki kəmərlə kürəyimə, sağrı nahiyəmə və ayaqlarıma çoxsaylı zərbələr vurdu”.

“Məqsədi məni alçaltmaq idi”

Səmanın sözlərinə görə, Faiq daha sonra hər iki əlini arxadan birləşdirib və kəmərlə bir-birinə bağlayıb, ondan dizi üstdə dayanaraq bir daha heç kimlə yazışmayacağına, danışmayacağına and içməyi tələb edib: “And içməyimi, mənim və ailəmin ünvanına söyüşlər söyməsini videoya çəkdi. Bu vaxt şalvarını və tumanını aşağı çəkdi, yüksək səslə “minet etməyi” tələb etdi. Mənim iyrənc formada sekslə məşğul olmağımı istədi.

Onunla razılaşmadım və ağlayaraq bu hərəkətlərinə son qoymağı xahiş etdim. Faiq isə dəfələrlə bu formada seksual hərəkətlər etməyi tələb etdi. Məqsədi mənim hərəkətlərimi videoya çəkib dostlarına göstərmək və məni alçaltmaq olub.

Müqavimət göstərdiyim üçün Faiq ayıb yerini zorla üzümə yaxınlaşdırdı, video çəkməyi yekunlaşdırdı. Əsas məqsədi məni döyərək müqavimətimi qırmaq və bu iyrənc niyyətini rahat şəkildə həyata keçirmək olub. Faiq bundan sonra məni yenidən əlləri ilə döyməyə başladı və sonra bir qədər sakitləşdi.

Kənara çəkilərək divanda oturdum, başımı divara söykədim. Başımın qanının divara yaxıldığını gördüm. Faiq başımın qanadığını görüb, hamama salaraq məni çimizdirdi. Bir-iki saat həmin evdə qaldıq”.

Səma qeyd edib ki, daha sonra Faiq taksi sifariş verib və saat 14 radələrində birlikdə xatırlamadığı ünvana gediblər: “Tam təchiz edilmiş iki otaqlı ev idi. Həmin vaxtlar özümdə deyildim. Orada dörd gün qaldım. Bu müddətdə Faiq mənimlə normal davrandı.

Faiq dəfələrlə harasa çıxdı. O, gedərkən evin qapısı açıq qalırdı. Həmin günlərdə mobil telefon özümdə deyildi. Heç özüm də kiminləsə danışmaq istəmirdim, bədənim çox yorulduğu üçün ancaq yatırdım”.

“Məni döydüyünü dostuna göstərdi”

Səmanın sözlərinə görə, növbəti günlərin birində Faiq ortaq tanışları olan Bəxtiyara zəng edib və onların evinə gəlmək istədiyini deyib: “Biz Faiqin çağırdığı taksi ilə Bəxtiyarın anası ilə birlikdə kirayədə yaşadığı 3-cü mərtəbədəki bir otaqlı mənzilə getdik. Bəxtiyarın anası Fatimə sağollaşaraq evdən getdi. Faiqlə evə daxil olduq.

10-15 dəqiqə sonra Faiq Bəxtiyarla birlikdə getdilər. Açar qapının üstündəydi. Qapını arxadan bağlayaraq evdəki divanda yatdım. Saat 21 radələrində Faiqgil evə qayıtdılar. Bəxtiyar mətbəxə keçdi.

Faiq mənzilə daxil olan kimi Rəhimlə danışıb-danışmamağımı soruşdu. Rəhimin olanları danışdığını başa düşdüm, nəsə demək istəyəndə Faiq üzümdən yumruq zərbəsi vurdu. Əlləri və ayaqları ilə bədənimin müxtəlif nahiyələrinə zərbələr vurmağa başladı. Haradansa götürdüyü skoçla ağzımı bağladı.

Rəhimə vatsapda görüntülü zəng edərək məni döydüyünü də göstərdi, ondan mənimlə nə barədə danışdığını soruşdu. Rəhim isə mənimlə yalnız Faiqin barəsində danışdığını söylədi”.

Zərərçəkmiş şəxsin ifadəsinə görə, daha sonra Faiq şalvarının kəməri ilə onun əllərini bağlayıb: “Məni üzü üstdə yerə yıxdı, haradansa başqa kəmər taparaq belimə və ayaqlarıma çoxsaylı zərbələr vurdu. Hamiləliyimin pozulmaması üçün qarnıma zərbə vurmamasına çalışırdım. Faiq hər yerimə zərbə vursa da, yəqin hamiləliyimi nəzərə alaraq qarnıma zərbə vurmayıb.

Bəxtiyar bir dəfə otağa girdi, aranı sakitləşdirmək istədi, amma Faiq ona acıqlanaraq işinə qarışmamağı tələb etdi.

Faiq məni mənzilin hamam otağına apardı, orada dizi üstdə durmağımı tələb etdi. Mobil telefonunu çıxararaq Rəhimə zəng etdi, məni döydüyünü, başıma sidik ifraz edəcəyini dedi. Dediyini etdi, bunu mobil telefonu ilə videogörüntüyə çəkdi. Məni təxminən 2 saat döydü. Sonra sakitləşdi və divanda uzanaraq yatdı”.

“Hamiləliyin pozulmadığına sevindi, amma...”

Səmanın bildirdiyinə görə, təxminən 1 saat hamamda ağlaya-ağlaya yuyunub: “Əynimdə olan ağ rəngli şalvarı və çəhrayı uzunqol köynəyi çıxararaq hamama atdım. Gecə saat 1 radələrində Bəxtiyarın anası Fatimənin səsini eşidib hamamdan çıxdım.

Fatimə öz paltarlarından mənə verdi. Ağzımın qan olduğunu gördü və səbəbini soruşdu. Faiqin məni döydüyünü dedim. Fatimə Bəxtiyarı aptekə maz, pambıq və yod almağa göndərdi. Faiq də oyandı, Fatimə məni döydüyü üçün onu danladı. Bəxtiyarın gətirdiyi mazı dodağıma yaxdım, pambıqla üz-gözümə yod vurdum.

Faiqlə mən mətbəxdə, Bəxtiyarla anası isə otaqda yatdı”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, səhər saat 7 radələrində qarnında və uşaqlığında ağrılar hiss edərək yuxudan oyanıb, qanaxması olduğunu görüb: “Saat 9 radələrində Faiq taksi çağıraraq “Elmlər Akademiyası" metrosunda yerləşən “German hospital”a həkimə getdik. Həkim müayinə edəndə hamiləliyin pozulmadığını dedi.

Faiq hamiləliyin pozulmadığına sevindi, uşaq istədiyini bildirdi. Oradan Bəxtiyargilə qayıtdıq. Faiqdən anamla danışmaq üçün mobil telefonunu verməsini xahiş etdim. Saat 15 radələrində anamla danışdım.

Anam artıq polisə mənim itməyim, Faiqin məni qaçırması barədə məlumat verdiyini dedi. Mən isə anama yanına gələcəyimi dedim”.

Səma qeyd edib ki, növbəti gün, səhər tezdən anası ilə birlikdə Klinik Tibbi Mərkəzə gedib: “Yenidən problem yarandı, səhəri gün anamla Sumqayıt şəhər xəstəxanasına, doğum evinə getdik. Tanımadığım və adı yadımda qalmayan həkim hamiləliyimi pozaraq mənə narkoz verdi, abort etdi”.

“Barışmışam”

Zərərçəkmişin ifadəsinə görə, Faiq onun hamiləliyindən xəbəri olub: “Bətnimdəki döl keçirdiyim stres səbəbinindən tələf oldu. Hadisə günü Faiq içkiliydi. Baş verənlərdən sonra Faiqlə barışmışam. Həm Bəhruz, həm də Bəxtiyargildə olarkən evdən getmək imkanım olub”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Faiq 8 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının ümumi rejimli müəssisədə çəkilməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4 və 133.2.6-cı maddələrindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxslə barışdığına görə barəsində olan cinayət təqibinə xitam verilməsini, cəzadan azad olunmasını istəyib.

Bundan əlavə o, ittiham olunduğu Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi üzrə əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsində şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayət qismən təmin olunub.

Faiqin ittiham olunduğu Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi həmin məcəllənin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsinə tövsif edilib. Onun cəzası 5 ilə endirilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://www.bakupost.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Finlandiya prezidenti Ukrayna ilə bağlı maraqlı şərt irəli sürdü: ABŞ Rusiya ilə yan yana ola bilməz

05 Mart 2025 11:03see139

Ekoloqlar yanğın yerinə GETDİLƏR

05 Mart 2025 11:03see134

İlon Mask amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham olunur

05 Mart 2025 11:03see131

“Abşeron” və “Milli Aviasiya Akademiyası” turu qələbə ilə bitirib

05 Mart 2025 01:34see130

Dağıstanda silahlı toqquşma: 4 terrorçu öldürüldü YENİLƏNİB

05 Mart 2025 08:40see128

Gəncədə avtomobillər toqquşdu: Yaralı var Fotolar

05 Mart 2025 21:04see128

Çin hərbi büdcəsini kəskin artıracaq

05 Mart 2025 20:40see128

Qaraciyər üçün ən faydalı qidalar Kələm, balıq, avokado

05 Mart 2025 07:20see124

Ermənilərin ABŞ dən deportasiyası: “Tramp belə addımlarla öz nüfuzunu…”

04 Mart 2025 22:26see124

Ərdoğan və İlham Əliyev iftar süfrəsində

05 Mart 2025 21:24see124

Starbucks Rusiya bazarına qayıdır

05 Mart 2025 07:41see122

ABŞ qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək

06 Mart 2025 00:46see122

Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb

06 Mart 2025 03:28see120

ABŞ da güclü külək: 500 mindən ev işıqsız qalıb

05 Mart 2025 21:08see120

Deku rəğbət bəsləyir, Flik isə tam əmin deyil

05 Mart 2025 22:57see120

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR 10 12 martdan…

05 Mart 2025 04:30see119

Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır

05 Mart 2025 09:09see119

Bakının məşhur restoranlarında iftar süfrəsinin qiymətləri SİYAHI

05 Mart 2025 09:02see117

Rusiyalı deputat Rusiyaya qarşı sanksiyaları ləğv etməməyi xahiş edir...

06 Mart 2025 00:06see116

Liviya cihad vergisini ləğv edib

06 Mart 2025 03:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri