FHN in Gəncə Regional Mərkəzi təlim keçirib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib.
Nazrliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təlimə FHN-in Gəncə Regional Mərkəzi və Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının müvafiq qüvvələri cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı deformasiyaya uğramış avtomobillərdən zərərçəkmişləri təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım” göstərib, təcili tibbi yardım briqadasına təhvil veriblər.
Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 09 Sentyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















