Gəncə basketbol komandası növbəti qələbəsini qazanıb
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
"Gəncə" Azərbaycan Basketbol Liqasında növbəti qələbəsini qazanıb.
"Report"un məlumatına görə, Halil Atlının baş məşqçisi olduğu kollektiv IV turda "Şəki"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 78:75 hesablı qələbəsi ilə yekunlaşıb.
Gəncə təmsilçisi A qrupunda 8 xalla liderdir. 6 xalı olan "Şəki" 3-cü yerdə qərarlaşıb.
Günün ilk oyununda "Sərhədçi" "Neftçi"ni məğlub etmişdi - 84:77.
Qeyd edək ki, əvvəlki matçlarda "Naxçıvan" "Abşeron"u (72:68), "Ordu" "Lənkəran"ı (92:55), "Sabah" NTD-ni (110:86), "Quba" isə "Sumqayıt"ı (97:83) məğlub edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:47
Bu xəbər 01 Dekabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















