Icma.az
close
up
RU
Gəncə Dövlət Universiteti “Ali təhsilin Oskarı” mükafatına layiq görüldü

Gəncə Dövlət Universiteti “Ali təhsilin Oskarı” mükafatına layiq görüldü

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə Dövlət Universiteti Times Higher Education Asiya Ali Təhsil Mükafatları 2025 Müsabiqəsində Ətraf Mühit kateoqoriyasında seçilmiş 8 universitet siyahısına düşmüşdür.

Gununsesi.info xəbər verir ki, Gəncə Dövlət Universiteti Azərbaycan universitetləri arasında ilk dəfə Times Higher Education Asiya Ali Təhsil Mükafatları Müsabiqəsində Ətraf Mühit kateqoriyasında seçilmiş 8 universitet siyahısına düşüb.

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education tərəfindən hər il təşkil olunan Asia Ali Təhsil Mükafatlarının (THE Award Asia) 2025-ci il üçün qısa siyahısı (shortlist) açıqlanıb (https://lnkd.in/e_xuHGX8).

Təşkilatın sözləri ilə bu mükafatlar ali təhsil məkanında “Ali təhsilin Oskarı” kimi qəbul olunur. Bu mükafatlar regionda ali təhsildə diqqətəlayiq nailiyyətləri qeyd etmək üçün maraqlı bir platformadır.

Bu müsabiqədə Gəncə Dövlət Universiteti “Ətraf Mühitə Verilən Müstəsna Töhfə” kateqoriyasında iştirak edib. Universitet müsabiqəyə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi, İngiltərənin Atkins Realis təşkilatı, və nəhayət Gəncə Dövlət Universitetindən ibarət konsorsiumun birgə hazırladığı Gəncə Yaşıl Şəhər Fəaliyyət Planına verdiyi töhvələr əsasında müraciət etmişdir.

Times Higher Education tərəfindən verilən məlumata görə, müsabiqə 10 kateqoriya üzrə keçirilmiş və hər kateqoriya üzrə 8 universitet qısa siyahıya düşmüşdür. Müsabiqəyə 500 dən çox universitet müraciət etmişdir. Qeyd edək ki, 2019-cu ildən bu yana təşkil olunan müsabiqədə ilk dəfə olaraq Azərbaycan və ümumiyyətlə Cənubi Qafqazı təmsil edən bir universitet THE Awards müsabiqəsində qısa siyahıya düşmüşdür. Müsabiqənin qaliblər isə 22 apreldə, THE Asiya Universitetləri Sammitinin ilk günündə Makao Elm və Texnologiya Universitetində keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək.

Qeyd edək ki Gəncə şəhəri Azərbaycanda ilk pilot şəhər olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Yaşıl Şəhərlər Proqramına qoşulmuşdur. Bu proqram çərçivəsində Gəncə Dövlət Universitetinin Dayanıqlı Ağıllı Şəhərlər Mərkəzinin (https://lnkd.in/emMRD3iE) tərəfdaşlığı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi, və İngiltərənin Atkins Realis təşkilatından ibarət konsorsium Gəncə şəhərinin Yaşıl Şəhər Fəaliyyət Planını (https://lnkd.in/e6qrBdty) hazırlamışdır. Bu plan 15 illik bir dövr üçün hazırlanıb və Gəncə şəhərində çirklənmiş ərazilərin təmizlənməsi, ağıllı texnologiyalardan istifadə etməklə enerji səmərəliliyini artırmaq, yaşıl ərazilərin salınması, yeni ictimai nəqliyyat şəbəkəsinin, içməli su və çirkab su xəttləri infrastrukturunun yaradılması, həmçinin bərk məişət tullantılarının idarə edilməsi kimi məsələləri əhatə edir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Yanvar 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri