Gəncə İH başçısı “Kəpəz” PFK sədri ilə görüşüb FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
"Kəpəz" Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin yeni sədri Anar Abdullayev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
İdman.Biz bildirir ki, görüşdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin bütün sahələrində olduğu kimi, idmanın inkişafını da daim diqqət mərkəzində saxladıqları vurğulanıb. Qeyd edilib ki, məhz bu diqqət və qayğının sayəsində Gəncədə müasir futbol stadionu inşa olunub. Bu idman infrastrukturu gələcəkdə "Kəpəz" futbol klubunun ev oyunlarının yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq.
Niyazi Bayramov Anar Abdullayevi "Kəpəz" PFK-nın İdarə Heyətinin sədri seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Anar Abdullayev isə öz növbəsində şəhər rəhbərinə üzərində Niyazi Bayramovun adı yazılmış klubun idman formasını hədiyyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 29 İyul 2026 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















