“Gəncə” kubok qazanan heyətin üç legioneri ilə vidalaşıb
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Gəncə” basketbol klubu yeni mövsüm öncəsi heyətində dəyişikliklərə başlayıb.
İdman.Biz xəbər verir ki, bölgə təmsilçisi ABŞ-li basketbolçular Delano Spenser, Ceykob Uayli və Kori Rivslə yollarını ayırıb.
Hər üç legionerin klubla müqaviləsinin müddəti başa çatıb.
Delano Spenser ötən mövsüm komandanın əsas oyunçularından biri olub. Müdafiəçi Azərbaycan Basketbol Liqasında keçirdiyi 24 matçda orta hesabla 14,6 xal, 3,8 ribaund, 3,9 məhsuldar ötürmə və 1,5 topalma ilə yadda qalıb.
Kori Rivs də bölgə təmsilçisinin aparıcı basketbolçuları sırasında yer alıb. 29 yaşlı forvard mövsüm ərzində orta hesabla 15,2 xal və səkkiz ribaund toplayıb, həm hücumda, həm də müdafiədə komandanın əsas simalarından biri olub.
Ceykob Uayli isə “Gəncə”yə mövsümün gedişində qoşulub. İki metr boya malik basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Bu legionerlərin yer aldığı “Gəncə” 2026-cı ildə Azərbaycan Kubokunun qalibi olub. Komanda finalda “Sabah”a 89:82 hesabı ilə qalib gələrək tarixində ikinci dəfə kuboku qazanıb.
Bölgə təmsilçisi Azərbaycan Basketbol Liqasında isə yarımfinala qədər irəliləyib. “Gəncə” bu mərhələdə “Sabah”a iki oyunun nəticəsinə əsasən 0:2 hesabı ilə uduzub. Seriyanın Gəncədə keçirilən son matçı Bakı klubunun 78:73 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 06 Avqust 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















