Gəncə Şəhər Birləşmiş Xəstəxanasında genişmiqyaslı yenidənqurma və modernləşdirmə işləri aparılıb
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında genişmiqyaslı yenidənqurma və modernləşdirmə işləri aparılıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılovun verdiyi məlumata görə, xəstəxananın nəzdində fəaliyyət göstərən Akademik Zülfüqar Məmmədov adına xəstəxanada son aylar ərzində aparılan təmir, bərpa və yenidənqurma işləri nəzərəçarpacaq dərəcədə irəliləyib.
12 şöbədən ibarət, 230 çarpayılıq tibb müəssisəsində bir sıra sahələrdə şərait tam yenilənib. Mətbəx bölməsi yenidən qurularaq istifadəyə verilib, müasir avadanlıqlarla təchiz olunub. Burada stasionar şəraitdə müalicə alan pasiyentlər üçün həkim-diyetoloqun nəzarəti altında xüsusi reseptlər əsasında yeməklər hazırlanır. Xəstələr gün ərzində üç dəfə keyfiyyətli qidalanma ilə təmin olunurlar. 6 nəfərin çalışdığı mətbəxdə hazırlanan yeməklər gigiyenik qaydalara riayət edilməklə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan dörd tibb müəssisəsinə göndərilir.
Xəstəxanada terapiya korpusu və müasir çamaşırxana da qurularaq istifadəyə verilib. Əlavə olaraq iki ədəd 250 tonluq su hövzəsi və nasosxana yaradılıb, su-kanalizasiya sistemi tam yenilənib, iki hektarlıq əraziyə suvarma xətləri çəkilib. Həmçinin, asfalt örtüyü və elektrik sistemi tam bərpa edilib.
Akademik Zülfüqar Məmmədov adına xəstəxanada qastroskopiya və kolonoskopiya xidmətləri də müasirləşdirilib. Bu xidmətlər artıq beynəlxalq standartlara cavab verən yeni texnoloji avadanlıqlar vasitəsilə həyata keçirilir və tibbi müayinələr zərurət olduqda ümumi anesteziya altında icra olunur.
Xəstəxananın Reanimasiya şöbəsi də tam modernləşdirilib. Hər çarpayının başında tənəffüs aparatları və monitorizasiyaya uyğun cihazlar quraşdırılıb. 10 çarpayılıq şöbə süni tənəffüs aparatları, kardiomonitorlar, infuzomatlar, perfuzorlar, defibrilyatorlar, çoxfunksiyalı çarpayılar, USM və EXO cihazları, qan qızdırıcı sistemlər, havalı döşəklər və digər tibbi avadanlıqlarla təmin olunub.
Bundan əlavə, Koreya səfirliyi tərəfindən xəstəxanaya 11 ədəd İVL aparatı, cərrahi masa, 10 ədəd monitor, narkoz aparatı və 2 ədəd defibrilyator təqdim edilib.
Bu yeniliklər nəticəsində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının xidmət səviyyəsinin yüksəldilməsi və pasiyentlər üçün daha komfortlu müalicə şəraitinin yaradılması məqsədinə əhəmiyyətli addım atılıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasında genişmiqyaslı yenidənqurma və modernləşdirmə işləri aparılıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:29
Baxış sayı:29 Bu xəbər 31 Oktyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 31 Oktyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















