Icma.az
close
up
RU
Gəncə terrorunun balaca qurbanı Nilay: İlham babanı çox sevdim

Gəncə terrorunun balaca qurbanı Nilay: İlham babanı çox sevdim

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə, 28 sentyabr, Elcan Hacıyev, AZƏRTAC

27 Sentyabr - Anım Günündə Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı Gəncə Memorial Kompleksində Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən 6 yaşlı Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.

Görüşdən sonra balaca Nilay sevincini və təəsüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb.

“Anım Günü olduğuna görə babamla yeni tikilən muzeyə baxmaq üçün getdik. Prezident İlham Əliyevi görəndə ona tərəf getdim. Mənimlə görüşdükdən sonra əlimi tutaraq muzeyin içərisini gəzdirdi. Muzeyin içi çox xoşuma gəldi,”- deyə balaca qızcığaz həyəcanla danışıb.

Vətən müharibəsi zamanı ermənilərin Gəncədə törətdiyi terror nəticəsində dörd uşaq hər iki valideynini itirib. Onlardan biri 2020-ci il oktyabrın 11-də endirilən raket zərbəsi zamanı ata və anasını, eləcə də nənəsini şəhid verən Nilay Əliyevadır. Onun atası Adil Əliyev partlayış zamanı, anası Günay Əliyeva isə bir gün sonra şəhid olub.

Prezident İlham Əliyevlə görüşməyi çox istədiyini bildirən Nilay bu arzusunun yerinə yetməsinin onu sevindirdiyini deyib: “İlham babanı həmişə televiziya vasitəsilə görürdüm. Ancaq canlı görməyi çox istəyirdim. Məndən yaşadığmız yeri, neçə yaşımın olduğunu, neçənci sinifdə oxuduğumu və məktəbi soruşdu, hamsını cavablandırdım. İlk dəfə İlham babanın əlindən tutanda çox həyəcanlandım. O, çox ucaboydur, yanında özümü çox rahat hiss etdim və onu çox sevdim. İstəyirəm ki, yenə İlham babanı görüm”.

Dövlət başçısının balaca Nilayla görüşü onun nənə və babasını da çox sevindirib. Nənəsi Sevil Babazadə deyir ki, indi onun ən böyük arzusu Nilayın yaxşı təhsil almasıdır.

“Təsadüfən baş tutan görüş bizim üçün çox gözlənilməz oldu. Nilayın Prezident İlham Əliyevlə görüşünü mən ən birinci sosial şəbəkələrdə gördüm. Cənab Prezident şəxsən özü görüb və Nilayı yanına çağırıb. Nilay o görüşdən ağız dolusu danışır, sevincinin həddi-hüdudu yoxdur. Bundan sonra ən böyük arzum Nilayın yaxşı təhsil almasıdır,” – deyə Sevil Babazadə söyləyib.

Qeyd edək ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 10 qadın, 6 azyaşlı olmaqla 26 dinc sakin həlak olub, 32-si azyaşlı olmaqla, 175 nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri