Icma.az
close
up
RU
Gəncə: turizm dəyər zəncirinə dair şəbəkələşmə görüşü

Gəncə: turizm dəyər zəncirinə dair şəbəkələşmə görüşü

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə Regional Turizm İdarəsinin (RTİ) təşəbbüsü ilə turizm dəyər zəncirinə daxil olan dövlət və özəl qurumların iştirakı ilə geniş tərkibli şəbəkələşmə görüşü keçirilib. Tədbirin əsas məqsədi turizmin dəyər zəncirinin hər üç fazası və 10 əsas həlqəsi üzrə müəyyənləşdirilmiş qurumlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, davamlı əməkdaşlıq platformasının formalaşdırılması və regionda turizm sahəsinin inkişafına təkan vermək olub.

Görüş çərçivəsində mövcud vəziyyət və gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən üç panel müzakirəsi aparılıb:

“Turizm dəyər zənciri üzrə dövlət və özəl qurumlar arasında əməkdaşlıq imkanlarının mövcud vəziyyəti” ilə bağlı müzakirədə tərəflər dəyər zəncirinin müxtəlif mərhələlərində birgə fəaliyyət imkanlarını, mövcud çağırışları və onların həlli yollarını dəyərləndirib.

“Turizm məkanlarının təbliği və təşviqində dövlət və özəl müəssisələrin rolu” panelinin iştirakçıları regionun turizm potensialının daha geniş auditoriyaya çatdırılması, səmərəli marketinq strategiyaları və təşviqat mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

“Turizm ixtisası olan təhsil müəssisələrinin şəbəkələşməsinin qərb regionunda turizmin inkişafında əhəmiyyəti”. Burada isə təhsil müəssisələri ilə turizm sənayesi arasında əməkdaşlıq, kadr hazırlığının keyfiyyətinin artırılması və gənclərin turizm sektoruna cəlb olunması məsələləri müzakirə edilib.

Tədbir çərçivəsində həmçinin turizm dəyər zəncirinin mahiyyəti, onun turizm məkanlarının planlaşdırılması və davamlı idarə olunmasındakı rolu barədə maarifləndirici təqdimat keçirilib.

Gəncə RTİ nümayəndələri tərəfindən idarənin cari ildə həyata keçirdiyi layihələr, görülmüş işlər və əldə olunan nəticələr haqqında iştirakçılara ətraflı hesabat təqdim olunub.

Görüş regionda turizm sektorunun inkişafında mühüm addım kimi qiymətləndirilir və tərəfdaş qurumlar arasında uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verməsi gözlənilir.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see329

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see302

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see294

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see282

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see266

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see255

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see252

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see252

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see249

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see245

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see234

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see233

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see225

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see222

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see220

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see214

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see209

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see207

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see186

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri