Gəncə və gəncəlilər layihəsində Rövşən Behcət yad edilib FOTO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində görkəmli xanəndə, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının solisti Rövşən Behcətin əziz xatirəsi yad edilib.
Gecədə Sahil Quliyevin dirijorluğu və bədii rəhbərliyi, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Zəminə Mustafayeva, Azər Verdiyev, Şirxan Cahangirov, Samir Məmmədov, İlham Qasımov, Xəyal Əliyev, Əli Məmmədov, Əziz Əhmədov, Seymur Hüseynovun ifasında Cahangir Cahangirov, Oqtay Kazımi, Ələkbər Tağıyev, Nəriman Həsənzadə, Əhsən Dadaşov, Novruz Feyzullayevin "Göygöl", "İntizar", "Ay qız", "Biri sənsən biri mən", "Şikayətim var", "Məhəbbət", "Yandırdı qəlbimi aman" mahnıları səsləndirilib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Baxış sayı:82
Bu xəbər 02 May 2025 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















