Icma.az
close
up
RU
“Gəncə” voleybol klubunun prezidenti: Komandanı müasir yanaşma ilə formalaşdırmışıq MÜSAHİBƏ

“Gəncə” voleybol klubunun prezidenti: Komandanı müasir yanaşma ilə formalaşdırmışıq MÜSAHİBƏ

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 avqust, AZƏRTAC

Qadın voleybolçulardan ibarət "Gəncə" klubunun prezidenti Elvar Osmanov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Komandanız yeni mövsümə necə hazırlaşır?

- “Gəncə” voleybol klubunu müasir yanaşma ilə məqsədyönlü formalaşdırmışıq. Heyətimizə yeni oyunçular transfer etmişik. İstəyirik ki, medalımız olsun. Keçən il komandamız Azərbaycan Kubokunun gümüş mükafatçısı oldu. Qar voleybolunda isə üçüncü yeri tutduq. Amma əsas məqsədimiz Azərbaycan çempionatında medal qazanmaq idi. Təəssüf ki, medalımız olmadı, amma bu, bizi daha da gücləndirir. Ötən mövsümə çox yaxşı hazırlaşmışdıq. Müəyyən səbəblərə görə 4-cü yeri tuta bildik. İnanıram ki, bu mövsüm ən yaxşı çıxışımızı göstərəcəyik. İkiqat Olimpiya iştirakçısı, Asiya Oyunlarının qalibi keniyalı Şeron Çepçumbanı transfer etmişik. Bu il həm Azərbaycan voleybolunda, həm də Gəncəmizdə uğurlarımız olsun, maraqlı oyunlar izləyək. Yaxşı oyun göstərəcəyimizə inanırıq. Bilirsiniz ki, artıq komanda sayı artıb. Çalışacağıq ki, Gəncənin adını həm bölgədə, həm də ölkə miqyasında layiqincə təmsil edək.

- Heyətdə Gəncə voleybol məktəbinin yetirməsini görürük. Bu sahədə başqa hansı işlər aparılır?

- “Gəncə” Regional Voleybol Klubu tərəfindən bu sahədə böyük və yüksək səviyyədə işlər aparılır. Bildiyimiz kimi, Azərbaycan Voleybol Federasiyasının ən böyük planlarından biri də bölgələrdə bu idman növünün inkişafını təmin etməkdir. Artıq 9 regional klub fəaliyyət göstərir. Bu klublar regionda ciddi işlər görür və uğurlar qazanır. Daşkəsən regionu bu il uşaqlar arasında Azərbaycan çempionu oldu. İlk dəfə idi ki, uşaqlar arasında ölkə çempionatı keçirilirdi.

- Gəncədə hazırda voleybola maraq necədir?

- Artıq görürlər ki, böyük komanda formalaşıb və inkişaf edir. Ona görə də valideynlər övladlarını bu idman növünə yönəldirlər. Məncə, qızlar üçün ən yaxşı idman növü məhz voleyboldur. Bildiyiniz kimi, Çində də buna bənzər yanaşma var — idman edən xanımlarda bədxassəli xəstəliklərə rast gəlinmir. Üç idman növü var ki, onlarla məşğul olan xanımlar xərçəng xəstəliyinə tutulmurlar. Bunlar voleybol, üzgüçülük və velosiped idmanıdır. Voleybol həm qadınların inkişafına, həm də milli dəyərlərə xidmət edən növlərdən biridir.

- “Gəncə”nin bu mövsüm liqadakı əsas rəqibi kim olacaq?

- Bu il bütün komandalar güclüdür. Zəif komanda demək olar ki, yoxdur. Kimin zəif və güclü olduğunu meydanda görəcəyik.

- Azərbaycan voleybolunun hazırkı durumu barədə nə deyə bilərsiniz?

- Azərbaycan voleybolunda inkişaf nəzərə çarpır. Uşaq voleybolu yalnız paytaxtda deyil, regionlarda da inkişaf edir. Həm qızlar, həm oğlanlar arasında bu idman növünə maraq böyükdür. Federasiyanın da tapşırığı əsasında regionlarda seleksiya işləri aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see268

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see154

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri