Icma.az
close
up
RU
Gəncədə 22 avtobus marşrutu fəaliyyətə başlayır

Gəncədə 22 avtobus marşrutu fəaliyyətə başlayır

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlərin davamı olaraq Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb.

"APA-Economics" xəbər verir ki, yeni marşrut şəbəkəsi çərçivəsində şəhər və ətraf qəsəbələr üzrə ictimai nəqliyyata əlçatanlığın və sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə 22 avtobus marşrutu təşkil edilib.

Yeni marşrut şəbəkəsinin tətbiqi mərhələli şəkildə həyata keçirilir. Belə ki, sentyabrın 28-dən 1, 2, 3, 6, 7, 8 və 9 nömrəli marşrutlar fəaliyyətə başlayacaq. Avtobusların hərəkət istiqaməti aşağıdakılardır:

1 nömrəli marşrut: Gəncə Dəmiryol vağzalı – Yeni Gəncə (28 May prospekti);

2 nömrəli marşrut: Heydər Əliyev prospekti – Şah İsmayıl Xətai prospekti – Dədə Qorqud küçəsi (dairəvi marşrut);

3 nömrəli marşrut: Yeni Gəncə (28 May prospekti) – Cümhuriyyət prospekti;

6 nömrəli marşrut: Şıxzamanlı qəsəbəsi – Bağmanlar küçəsi;

7 nömrəli marşrut: Poçt qəsəbəsi – Şəhidlər Xiyabanı (R20 Gəncə - Daşkəsən avtomobil yolu);

8 nömrəli marşrut: Dəmiryol deposu (Zaur İsmayılov küçəsi) – Qırmızı kənd qəsəbəsi (İstanbul küçəsi);

9 nömrəli marşrut: Təbriz küçəsi – “Kəlbəcər” şəhərciyi.

Sentyabrın 29-dan 4, 5, 11, 14 və G1 nömrəli marşrutlar fəaliyyətə başlayacaq. Bu avtobuslar aşağıdakı istiqamətlər üzrə hərəkət edəcək:

4 nömrəli marşrut: İmamzadə türbəsi – Cümhuriyyət prospekti;

5 nömrəli marşrut: Y.Məmmədəliyev küçəsi – V.Qocayev küçəsi;

11 nömrəli marşrut: Məhsəti qəsəbəsi (H.Verdiyev küçəsi) – “Kəlbəcər” şəhərciyi;

14 nömrəli marşrut: Qızılqaya qəsəbəsi (A.Nəbiyev küçəsi) – N.Nərimanov küçəsi (Parkın ətrafı);

G1 nömrəli marşrut: Göygöl Şəhər Mərkəzi Xəstəxanası – N.Nərimanov küçəsi (Parkın ətrafı).

Sentyabrın 30-dan 10, 12, 13, 15, 17, 18 və 20 nömrəli marşrutlar fəaliyyətə başlayacaq. Qeyd olunan avtobusların hərəkət istiqaməti aşağıdakılardır:

10 nömrəli marşrut: Poçt qəsəbəsi – N.Nərimanov küçəsi (Parkın ətrafı);

12 nömrəli marşrut: Gəncə Dəmiryol Vağzalı – 1 nömrəli şəhər xəstəxanası;

13 nömrəli marşrut: Gəncə Beynəlxalq Avtovağzalı (Şəmkir istiqamətində) – Gəncə Avtovağzalı (Yevlax istiqamətində);

15 nömrəli marşrut: Mərkəzi Klinika Gəncə Xəstəxanası – Gəncə Avtovağzalı (Yevlax istiqamətində);

17 nömrəli marşrut: Mərkəzi Klinika Gəncə Xəstəxanası – İ.Kazımov küçəsi (Çəngəl-Bıçaq zavodu);

18 nömrəli marşrut: N.Nərimanov küçəsi (Parkın ətrafı) – Cavadxan qəsəbəsi (K.Mehmandarov küçəsi);

20 nömrəli marşrut: Ə.Xəqani küçəsi (hərbi hissə) – N.Nərimanov küçəsi (Parkın ətrafı)

Oktyabrın 1-dən isə 16, 19 və G2 nömrəli marşrutların fəaliyyətə başlaması nəzərdə tutulub. Bu marşrut xətləri üzrə avtobuslar aşağıda qeyd olunan istiqamətlərdə hərəkət edəcək:

16 nömrəli marşrut: Məhsəti qəsəbəsi (Ə.Xasməmmədov küçəsi) – Gəncə Avtovağzalı (Yevlax istiqamətində);

19 nömrəli marşrut: V.Qocayev küçəsi – “Grand” bazar;

G2 nömrəli marşrut: Göygöl avtostansiyası – N.Nərimanov küçəsi (Parkın ətrafı).

Bu dəyişikliklər AYNA-nın regionların nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun qurulması ilə bağlı qarşıya qoyduğu strateji hədəflərinə çatması üçün atılan növbəti mühüm addımdır. Gəncə şəhərində icra edilən bu modelin gələcəkdə digər regionlarda da tətbiqi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:393
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Sentyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri