Icma.az
close
up
RU
Gəncədə ADSEAnın xüsusi texnikalarına baxış keçirildi

Gəncədə ADSEAnın xüsusi texnikalarına baxış keçirildi

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ildə Gəncə şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III oyunları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Gəncə şəhər Sukanal İdarəsində təşkil olunan növbəti tədbirində idarənin xüsusi texnika, nəqliyyat vasitələrinə baxış keçirilib.

Bu barədə Moderator.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. 

Tədbirdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Cəbrayılov, Gəncə şəhər Sukanal İdarsənin rəisi Şöhrəddin Verdiyev, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müavini Kamran Məhərrəmov və Agentliyin əməkdaşları iştirak ediblər. Bildirilib ki, növbəti il Gəncədə təşkil olunacaq oyunlar üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xüsusi texnikaları hazır vəziyyətə gətirilib. İdarə rəisi Şöhrəddin Verdiyev isə qeyd edib ki, Gəncə şəhəri üzrə 71500 abonentə xidmət göstərilir. İdarənin tabeliyində 24 ədəd texnika var  ki, onlardan 2 ədədi tam yenidir. Digər texnikalar təmir edilərək, normativ qaydalara uyğunlaşdırılaraq istismara verilib. 

ADSEA-nın nümayəndəsi Ülfət Kazımov bildirdi ki, nəqliyyat vasitələrinin hamısı əsaslı təmirdən çıxıb, hamısı saz vəziyyətdədir.  O, 2025-ci ildə Gəncə şəhərində keçiriləcək Beynəlxalq olimpiadayla əlaqədar hazırlıq işləri getdiyini xatırladıb: 

“ADSEA-nın "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi olaraq biz də baxış keçirdik. Demək olar ki, tam vəziyyətdə hazırıq”. 

Gəncə şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyev Gəncə şəhərində keçiriləcək oyunlarla əlaqədar 6 ədəd texnikanın əsaslı təmir olunaraq, 2 ədəd isə yeni texnikanın verildiyini bildirdi. 

Tədbirin sonunda idarənin nəzdində olan bütün növ avtomobillərə yerində baxış keçirilib və istismara hazırlıq vəziyyətinə gətirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Dekabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see393

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see285

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see252

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see246

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see241

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see239

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see238

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see236

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see227

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see222

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see220

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see214

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see213

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see204

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see201

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see200

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see195

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see193

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see189

Danimarka XİN: Qrenlandiya üzrə ABŞ lə razılaşmada suverenlik qorunub

21 Sentyabr 2026 03:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri