Icma.az
close
up
RU
Gəncədə Azərbaycan İnnovasiya Mərkəzi açılıb

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzi açılıb

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə tərəfdaşlığı çərçivəsində ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə "APA-Economics"ə İRİA-dan bildirilib.

Mərkəzin əsas məqsədi Gəncə və ətraf bölgələrdən innovatorları bir araya gətirərək startap quruculuğu, startapların bazarlara və maliyyələşmə mexanizmlərinə əlçatanlığı, innovasiya sahəsində mentorluq və insan kapitalının inkişafına töhfə verməkdir.

Mərkəzin açılış tədbirində çıxış edən İRİA-nın sədr müavini Rəşad Xalıqov bu qəbildən olan mərkəzlərin məhz universitet mühitində fəaliyyət göstərməsinin xüsusi əhəmiyyətini vurğulayıb:

“İRİA olaraq universitetlərdə innovativ sahibkarlıq təfəkkürünün inkişafına dəstək göstərmək prioritetlərimiz arasındadır. Bu məqsədlə yaradılan innovasiya mərkəzləri dövlət-universitet-biznes əməkdaşlıq modelini gücləndirir və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına mühüm töhfə verir”.

ADAU-nun tərkibində Azərbaycan İnnovasiya Mərkəzi prototipləşdirmə, aparat təminatı dizaynı və tədqiqatlar üçün texniki avadanlıqlarla təchiz edilib. Mərkəzdə universitet tələbələri, proqram iştirakçıları və mərkəzdən istifadə edəcək şəxslər üçün kompüter laboratoriyası da mövcuddur. Bununla yanaşı, kovörkinq, toplantı, təqdimatlar, öyrənmə və təlim məqsədləri üçün şərait təmin edilib.

Çıxışlar zamanı, həmçinin bildirilib ki, digər universitetlərlə elmi layihələr, şirkətlərlə texnologiya transferi, startaplar üçün inkubasiya və akselerasiya proqramları, dövlət qurumları ilə STEM təşəbbüsləri və beynəlxalq qrant proqramlarına çıxış bu Mərkəzin fəaliyyətinin tərkib hissəsi olacaq.

Qeyd edək ki, İRİA-nın tərəfdaşlığı ilə ötən il Bakıda Azərbaycan İnnovasiya Mərkəzi və Sumqayıtda “Sumgait Innovation Hub”, 2025-ci ildə isə “Andersen Lab”, Naxçıvan Dövlət Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərkibində müvafiq olaraq innovasiya mərkəzləri yaradılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see373

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see334

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see322

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see313

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see312

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see303

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see255

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see249

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see247

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see240

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see238

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see234

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see231

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see228

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see223

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see223

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see220

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see217

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see195

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri