Sumqayıtda İnnovasiya Mərkəzi açılıb
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Bu gün Sumqayıt İnnovasiya Mərkəzinin açılış mərasimi olub.
"Report" xəbər verir ki, mərkəzi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi təsis edib.
Qeyd edək ki, Sumqayıt İnnovasiya Mərkəzi ümumi ərazisi 750 kvadrat metrdən ibarət olan ofis sahələri, kovörkinq, kompüter və görüş otaqları, prototipləşdirmə laboratoriyası, toplantı və təqdimat otaqları, tədbir zalları və istirahət zonalarını özündə birləşdirir. Mərkəzdə müxtəlif innovasiyayönümlü layihələr həyata keçiriləcək. Startaplar inkubasiya və akselerasiya proqramlarında iştirak etmək, layihələrini təqdim etmək, investorlarla görüşlər keçirmək və tərəfdaşlıq yaratmaq imkanı əldə edəcəklər. Bu məqsədlə təchizatçı universitetlərlə və texnoparklarla birgə fəaliyyət nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 23 Dekabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















