Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Gəncədə ər arvadını xəyanətdə suçladı, qardaşına bildirdikdə ... ŞOK TƏFƏRRÜAT

Gəncədə ər arvadını xəyanətdə suçladı, qardaşına bildirdikdə ... ŞOK TƏFƏRRÜAT

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə şəhərində 1997-ci il təvəllüdlü Xəlil mübahisə zamanı bacısının qonşusu Bəhruzu (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Gəncə şəhərinin Gülüstan qəsəbəsində baş verib.

Xəlil qəsəbə ərazisində ünvansız fərdi evdə yaşayan Bəhruzun onunla qonşuluqda yaşayan bacısı Fatiməyə müxtəlif bəhanələrlə mobil telefonla zənglər edib, onu narahat etdiyini öyrənib. Bəhruzu öldürməyi qərarlaşdıran Xəlil onun yaşadığı ünvanı tanımadığı üçün yeznəsi İslamla birlikdə taksidə ora gəlib.

İkisi birlikdə 2023-cü ilin oktyabrın 25-də saat 21 radələrində Bəhruzun evinin qarşısında olublar. Xəlil münasibətləri aydınlaşdırmaq məqsədilə Bəhruza yaxınlaşıb. Bacısına zəng etməsini danan Bəhruz Xəlildən niyə evinə gəldiyini soruşub. Bundan qəzəblənən Xəlil bacısı evindən gizli götürdüyü kəsici-deşici əşyayla Bəhruza zərbələr vurub.

Bəhruz yaşadığı evə doğru qaçıb. Onun arxasınca evin həyətinə daxil olan Xəlil yenidən Bəhruzun sol kürək və bel nahiyələrinə xəsarət yetirib.

Bu vaxt Bəhruz ona aktiv müqavimət göstərib. Atasının il mərasimi ilə əlaqədar növbəti gün keçiriləcək məclisə görə həyətdə olan qohumlar da səs-küyə yığışıblar. Xəlil qorxusundan həyətdən çölə çıxıb, gəldiyi avtomobilə minərək hadisə yerindən uzaqlaşıb.

Ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan Bəhruzun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Xəlilin barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

“Dedi ki, qonşuluqda oğlan bacını narahat edir”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xəlil ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, ailədə bir bacı, bir qardaşdırlar: “Bacım İslamla rəsmi nikah bağlayaraq evlənib, bir azyaşlı qızları var.

Oktyabrın 25-də saat təxminən 20 radələrində Göygöl şəhərində Fayton kafesində dostlarımla çay içərkən yeznəm İslam zəng etdi, bacımla aralarında narazılıq olduğunu söylədi, gəlib onu evə aparmağımı istədi. Anama zəng etdim, İslamın mənə dediklərini bildirdim. Taksi sürücüsü Əliyə zəng edərək məni Gülüstan qəsəbəsinə aparmağı xahiş elədim.

Yolda Əli benzin alanda taksi pulu kimi ona 5 manat verdim. Təxminən saat 20:30-da Gülüstan qəsəbəsinə çatdıq. Yol bağlı olduğu üçün İslama zəng edib harada olduğunu soruşdum. Yaxınlıqda olduğunu deyəndə onu da götürüb bacımgilə gəldik. Əli küçədə bizi gözlədi. Mən İslamla bacım Fatimənin yanına evə keçdik.

Fatimədən nə baş verdiyini soruşanda ağlamağa başladı. İslam sözü açaraq dedi ki, qonşuluqda Bəhruz adında oğlan Fatiməni narahat edir, telefonla zənglər edir. Fatimədən bunların doğru olub-olmadığını soruşdum. Fatimə başı ilə təsdiq etdi”.

“Bacına zəng etməmişəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, İslam hətta həmin gün o, evdə olanda da Bəhruzun zəng etdiyini deyib: “Mən əsəbiləşib evdən çıxmaq istəyəndə İslamla Fatimə məni dilə tutaraq getməməyimi xahiş elədilər. Mətbəxə keçərək stolun üstündə olan bıçağı götürdüm, gizlicə şalvarımın arxasına qoydum.

İslamdan Bəhruzun evinin yerini soruşdum, bir qədər aralıda olduğunu dedi. Əli ilə gəldiyimiz avtomobillə bir az gedəndən sonra İslam evlərdən birinin qarşısında dayanmış şəxsi göstərdi, "Bəhruzdu" dedi. Avtomobili saxlatdım. İslamla aşağı düşdük, Bəhruza yaxınlaşdıq.

Gələ-gələ İslam “sən niyə mənim ailəmə sataşırsan, ailəmi niyə dağıdırsan” dedi. Mən də “niyə sən mənim bacıma zənglər edirsən” deyə soruşdum. Bəhruz istehza ilə “bacına zəng etməmişəm, siz kimsiniz ki, mənim qapıma gəlmisiz?!” söylədi. Bəhruzun inkarından və bizə dediyi sözdən əsəbiləşdim. Şalvarımın arxasında gizlətdiyim bıçaqla darvazanın qarşısında bir dəfə ona sol tərəfindən zərbə vurdum.

Yeznəm İslam müdaxilə edərək bizi aralamağa çalışanda geyindiyim gödəkçə cırıldı. Bəhruzun qarnına və kürəyinə bir dəfə bıçaqla vurdum. Açıq darvazadan içəri girəndə tutaşdığım üçün mən də onunla birlikdə həyətə girməli oldum. Bizi ayırmağa çalışan İslam da həyətə girdi. Bu zaman adamların gəldiyini gördüm, çölə çıxdım. Bəhruz isə həyətdə qaldım.

Yaxınlaşan adamlar məni tutaraq vurmağa başladılar. Aralıda dayanan Əlinin avtomobilinə çatanda bizi görərək qorxub uzaqlaşmaq istədi. Mən maşın gedə-gedə qapını açaraq mindim. Əliyə məni Gəncə avtovağzalına aparmağı dedim. Yolda anama zəng etdim, “ dincəlin, vurdum, öldürdüm, cavanlığımı məhv etdiniz” dedim.

Bundan sonra telefonun batareyası söndü. Yolda avtomobilin açıq aynasından bıçağı tulladım. Avtovağzalda tanımadığım maşınla Bakı şəhərinə getdim”.

Xəlil bildirib ki, Bakıda dəmiryol vağzalına yaxın ərazidə gündəlik kirayə verilən ev tutub və 27 oktyabr 2023-cü ilədək orada qalıb: “Daha sonra ailə üzvlərimə zəng edib könüllü polisə təslim olacağımı dedim. Həmin gün, saat 18 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gəldim və təslim oldum. Əməlimdən peşmanam. Mənim niyyətim zərərçəkmişi öldürmək yox, bacıma sataşdığına görə qisas almaq olub”.

“Aşağı hədd cəza verilməsini istəyirəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, Bəhruzun evinə söhbət etmək məqsədilə gedib: “Bıçağı nəsə olsa, özümü müdafiə məqsədilə götürmüşəm. Ona xəsarət yetirmək və ya onu öldürmək fikrim olmayıb. Söhbət vaxtı Bəhruzun bacıma zəng etməsini danması və “siz kimsiz ki, mənim qapıma gəlmisiz?!" deməsinə görə ona xəsarət yetirmişəm. Vurduğum zərbələrin sayını dəqiq xatırlamıram.

Birinci zərbədən sonra Bəhruz evə keçməyə çalışdığı üçün onunla birlikdə həyətə girməli oldum. Hər ikimiz yerə yıxıldıq. Bəhruzu vuranda yanımızda İsamdan başqa kimsə yox idib. Sonradan səs-küyə ailə üzvləri, qohumları gəldi. Tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya aparmaq istəsəm də, münaqişədən yayınmaq üçün hadisə yerindən getmişəm. Sonradan könüllü olaraq polisə təslim olmuşam.

Bəhruza dəymiş ziyanı ödəmişəm, onunla barışıq əldə etmişəm. Əməlimin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilərək cavan olmağımın nəzərə alınmasını, ən aşağı hədd cəza verilməsini istəyirəm”.

“Evi 10 min manata satdığımı bildirdim”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Bəhruzun sözlərinə görə, arvadı, anası və azyaşlı uşağı ilə birlikdə yaşayır:

“Təqsirləndirilən Xəlili tanıyıram, əvvəllər qonşu kəndlərdə yaşamışıq. Xəlilin bacısı Fatimə və onun əri İslam bizimlə qonşuluqdakı əraziyə hadisədən bir neçə ay əvvəl köçüb.

Evin təmiri yaxşı olmadığından, Fatiməgilin yaxınlığındakı özümə məxsus evdən onlara pay verdim, evi də satışa qoydum. Fatimə və əri İslam məndən həmin evi Fatimənin atasına satmağı xahiş etdilər. Evin qiyməti barədə danışmaq üçün Fatimə istifadəsində olan mobil nömrəni mənə verdi.

Evi 10 min manata satdığımı bildirdim. Fatimə atası ilə danışdıqdan sonra mənə cavab verəcəyini dedi. Mən Fatiməyə danışmalarının problem yaratmayacağını soruşanda, qonşu olduğumuzu söylədi”.

“Qışqırıb kömək istədim”

Bəhruz qeyd edib ki, təxminən axşam saat 10 radələrində evlə bağlı məsələni danışmaq üçün Fatimənin nömrəsinə zəng edib: “Fatimə telefona cavab vermədi. 1-2 dəqiqə sonra onun nömrəsindən mənə zəng gəldi. Zəng edən Fatimənin əri İslam niyə arvadına zəng vurduğumu soruşdu. Ona nömrəni özünün verdiyini, ev məsələsi ilə bağlı zəng vurduğumu, başqa heç nə danışmadığımı dedim.

Daha sonra saat 22 radələrində yaşadığım evinin qarşısında olarkən “Vaz 2106” markalı avtomobil evdən 25-30 metr məsafədə dayandı. Avtomobildən düşən İslam və qaynı Xəlil yanıma gəldilər.

İslam mənimlə görüşərək nə üçün Fatiməyə zəng vurduğumu, Fatiməni bezdirdiyimi, ailəsini dağıtmaq istədiyimi dedi. Mən isə İslama ev məsələsi ilə bağlı Fatiməyə zəng vurduğumu, ailəsini dağıtmaq istəmədiyimi dedim. Xəlil isə heç nə demədən şalvarın arxa cibindən bıçaq çıxararaq qarın nahiyəmə zərbə vurdu. Bıçağı görəndə qışqıraraq ailə üzvlərimi səslədim. Darvazadan həyətə girdim. Xəlil arxamca gələrək kürəyimdən daha 2 bıçaq vurdu.

Atamın vəfatının birinci ildönümü olduğu üçün bir gün qabaqdankömək üçün qohum-qonşu bizə yığışmışdı. Mən yerə yıxıldıqdan sonra qardaşım, anam və digərləri gələndə Xəlil qorxaraq qaçdı. Qardaşım məni xəstəxanaya apardı və orada əməliyyat olundum”.

“Xəyanət etdiyini dedim”

İş üzrə şahid qismində ifadə verən İslamın sözlərinə görə, Kəlbəcər rayon sakini Bəhruz onunla qonşuluqda yaşayıb, hadisədən təxminən 1 ay əvvəl ora köçüb: “Arvadımla Bəhruzun hansısa münasibətlərinin olmasından şübhələndim. Arvadıma Bəhruzgilə gedib-gəlməməyi tapşırdım.

Oktyabrın 25-də saat 20 radələrində evə qayıtdıqdan sonra Fatimə mənə yemək verəndə onun telefon nömrəsinə zənglər gəldi. Telefon səssizdəydi. Fatimədən kimin zəng etdiyini soruşdum. “Qızlardır” desə də, şübhələndiyim üçün həmin nömrəyə zəng vurdum, cavab almamış söndürdüm. Təkrar zəng gələndə telefonu götürdüm və həmin şəxsin Bəhruz olduğunu bildim.

Arvadımın nömrəsini haradan bildiyini, niyə zəng elədiyini soruşdum. Qayınatama ev almaq istədiyi üçün Fatimənin nömrəsini götürdüyünü dedi. Əvvəl Fatimənin anasına, sonra aynım Xəlilə zəng etdim, Fatimə ilə yaşamaq istəmədiyimi, xəyanət etdiyi üçün boşanacağımı dedim. Xəlil “gəlib özüm aydınlaşdıracam” dedi.

Təxminən yarım saat sonra tanımadığım “VAZ 2106” markalı avtomobillə gəldi. Evə girərək bacısının üstünə qışqıranda o, ağladığı üçün evdən çıxdı. Bəhruzun yaxınlıqdakı evinə getdik.

Xəlil Bəhruzdan bacısıyla hansısa münasibəti olub-olmadığını soruşdu. O da niyə qapılarına gəldiyimizi soruşdu. Həmin vaxt cinayət hadisəsi baş verdi”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəlil 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 05 Fevral 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri