30 illik enerji əməkdaşlığından strateji müttəfiqliyə ŞƏRH
Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət başçısı İlham Əliyevin İrlandiyaya işgüzar səfəri hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatında əhəmiyyətli rol oynayan bu səfər çərçivəsində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı mühüm məqamları ilə yadda qaldı. Belə ki, cənab İlham Əliyevin tədbir çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada çıxışı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşü zamanı imzalanan “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” və sair kimi mühüm məqamlar ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun göstəricisi oldu.
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin sammitlərində müntəzəm iştirak edib. Belə ki, 2022-ci ilin oktyabrında Praqada, 2023-cü ilin iyununda Bulboakada, 2024-cü ilin iyulunda Oksfordda, 2025-ci ilin mayında Tiranada və oktyabrında Kopenhagendə keçirilən tədbirlərə qatılan cənab İlham Əliyev bu il Ermənistanın paytaxtı İrəvanda təşkil edilən Sammitdə videobağlantı vasitəsilə çıxış etmişdir. Dövlətimizin başçısı həmin çıxışında 2028-ci ilin mayında “Avropa Siyasi Birliyi”nin Sammitinin Bakıda keçiriləcəyini və Azərbaycanın ev sahibi kimi namizədliyinin qəbul edildiyini açıqlamışdır. Sammitdə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq əməkdaşlıq platformasındakı mövqeyi və gələcək ev sahibliyi ilə bağlı mühüm mesajlarla yadda qaldı.
Dublin Sammitində Azərbaycanla Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. İmzalanan Birgə Bəyannamə müdafiə, təhlükəsizlik, ticarət, investisiya, eləcə də təhsil sahələrini əhatə edən geniş əməkdaşlıq imkanlarını ortaya qoyur. İki ölkə arasında əlaqələrin yeni müstəvidə uğurlu inkişafının yol xəritəsini təqdim edən həmin sənəddə iştirakçılar ikitərəfli ticarət və investisiya əlaqələrini genişləndirmək və dərinləşdirmək, eləcə də davamlı, inklüziv və şaxələndirilmiş iqtisadi artımı təşviq etmək ambisiyalarını ortaq qəbul edirlər. Bərpaolunan enerji, infrastruktur və xidmətlər də daxil olmaqla, prioritet sektorlar üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqlarını, bilik mübadiləsini və qarşılıqlı fəaliyyəti asanlaşdırmaqla, eləcə də hər iki iqtisadiyyatda iş yerləri, bacarıqlar və dəyər yaradan bizneslərarası əlaqələri təşviq etməklə iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığı gücləndirəcəklər.
Ölkələr arasında əlaqələrin inkişafında enerji və bağlantıları nəzərə alsaq həmin sənəddə iştirakçılar regional və beynəlxalq bağlantıların vacibliyini vurğulayır və sərhədyanı ticarət, investisiyaları asanlaşdıran nəqliyyat, logistika və infrastruktur layihələri ilə yanaşı, Orta Dəhlizin inkişafını da dəstəkləyəcəklər. iqlim dəyişikliyinə davamlılığı, dayanıqlığı və sıfır hədəflərinə doğru irəliləyişi, eləcə də enerji təhlükəsizliyini dəstəkləmək məqsədilə bərpaolunan enerjinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar da daxil olmaqla, təmiz enerji keçidi üzrə əməkdaşlıq edəcəklər.
Hər bir sənəd münasibətlərdə yeni dövrün başlanğıcı olmaqla yanaşı, bu günədək atılan addımların davamıdır. Bu baxımdan Azərbaycanla Böyük Britaniya arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı uzunmüddətli münasibətlərə, 1994-cü il 23 fevral tarixli “Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə”yə və 1998-ci il 21 iyul tarixli “Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”yə əsaslanır.
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 16 Noyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















