Icma.az
close
up
RU
Gəncədə “Əsrlərin şahidi Gəncə” adlı foto sərgi keçirilib

Gəncədə “Əsrlərin şahidi Gəncə” adlı foto sərgi keçirilib

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə şəhərinin zəngin tarixi irsini   və müasir inkişafını əks etdirən “Əsrlərin şahidi Gəncə” adlı foto sərgi təşkil olunub. 

Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində keçirilən tədbir Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi, “Bakı Abadlıq Xidməti” MMC, Azərbaycan Fotoqrafları Birliyi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə reallaşıb.     Sərginin açılış mərasimində dövlət qurumlarının nümayəndələri, elm və mədəniyyət xadimləri, incəsənət ustaları və ictimaiyyətin fəal üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər sərginin əhəmiyyətindən bəhs edərək qeyd ediblər ki, bu təşəbbüs Gəncənin əsrlər boyu formalaşmış tarixi-mədəni irsini foto sənətinin dili ilə gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Sərgidə şəhərin tarixi görünüşünü əks etdirən nadir fotoşəkillər, abadlıq və yenidənqurma işlərindən sonra əldə olunan müasir görüntülər, eləcə də Azərbaycanın ilk peşəkar fotoqraflarından biri olan Məşədi Abbasəli Abbasovun XIX əsrə aid qiymətli fotoları nümayiş olunub.

Sərgi çərçivəsində Gəncə şəhərinin turizm potensialını artırmaq məqsədilə “Visit Gəncə” adlı yeni layihənin də təqdimatı keçirilib. Layihə çərçivəsində yeni turizm marşrutlarının hazırlanması, tanıtım nəşrlərinin hazırlanması və şəhərin turizm məkanları üzrə məlumatlandırma işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, belə təşəbbüslər Gəncənin zəngin tarixi irsinin qorunub saxlanması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri