Icma.az
close
up
RU
Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərginin açılışı keçirilib FOTO

Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərginin açılışı keçirilib FOTO

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

2025-ci ilin 07 oktyabr tarixində İordaniyanın paytaxtı Əmman şəhərində Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyinin təşkilatçılığı və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə, Petra Milli İnam Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, şahzadə Dana Firasın himayədarlığı altında "Əsrlərin Sədası: Azərbaycan Musiqi Alətləri" adlı sərginin açılış mərasimi keçirilib.

Mərasimdə İordaniyanın dövlət və mədəniyyət qurumlarının nümayəndələri, Krallıqda akkreditə olunmuş diplomatik korpusun üzvləri, elmi və incəsənət dairələrinin təmsilçiləri, habelə yerli ictimaiyyətin görkəmli nümayəndələri iştirak edib.

Sərginin açılışı mərasimində çıxış edən Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Səlimov təqdim olunan sərginin təkcə sənət ekspozisiyası deyil, eyni zamanda Azərbaycan xalqının ruhunun, çoxəsrlik tarixinin və zəngin mədəni irsinin təcəssümü olduğunu qeyd edib. Səfir Azərbaycanın musiqi ənənəsinin qədim dövrlərə - musiqi və rəqs səhnələrinin əks olunduğu Qobustan və Gəmiqaya qayaüstü təsvirlərinə qədər uzandığını vurğulayıb.

E.Səlimov Azərbaycan musiqisinin xalqın mənəvi həyatında daim mühüm yer tutduğunu, "Kitabi-Dədə Qorqud" dastanında, eləcə də Nizami Gəncəvi və Məhəmməd Füzuli kimi böyük klassiklərin yaradıcılığında geniş əks olunduğunu bildirib. O, həmçinin Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev və digər görkəmli sənətkarların adlarını xatırladaraq, onların yaradıcılığının Şərqlə Qərb arasında mədəni körpü rolunu oynadığını diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, sərgidə nümayiş etdirilən hər bir musiqi aləti - tar, kamança, nağara, saz, qaval, qanun, ud, tütək və zurna - milli yaddaşın canlı daşıyıcısı, Azərbaycan xalqının tarixi və mənəvi kimliyinin ifadəsidir.

Daha sonra E.Səlimov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan musiqi mədəniyyətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib, bu istiqamətdə həyata keçirilən tədbirlərin bariz nümunələrindən biri kimi milli mədəni dirçəlişin rəmzinə çevrilmiş Şuşa şəhərində "Xarıbülbül" festivalının bərpasını vurğulayıb.
Çıxışın sonunda səfir YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası adından sərgidə təqdim olunan musiqi alətlərini və Azərbaycan xalqının qədim sənətkarlıq irsini təmsil edən xalçaları Petra Milli İnam Fonduna rəsmi hədiyyə kimi təqdim edərək, bu rəmzi addımın Azərbaycanın bəşəriyyətin ümumi mədəni irsinin qorunması və təşviqinə verdiyi töhfənin təzahürü olduğunu söyləyib.

Sərgi çərçivəsində tədbir iştirakçıları üçün İordaniyanın "Duroob" qrupunun ifasında Azərbaycan milli musiqisinin klassik nümunələrindən ibarət proqram təqdim olunub.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Oktyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri