Icma.az
close
up
RU
Gəncədə işdən öz ərizəsi ilə çıxmayanlar “ç” bəndi ilə hədələnir?

Gəncədə işdən öz ərizəsi ilə çıxmayanlar “ç” bəndi ilə hədələnir?

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin bir qrup əməkdaşı qurumda kütləvi işdən çıxarılma hallarının baş verdiyini iddia edir.
Yeniavaz.com
-a müraciət edən və adlarının açıqlanmasını istəməyən həmin şəxslərin sözlərinə görə, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi onlardan öz ərizələri ilə işdən çıxmağı tələb edir.
“Bəzilərimiz fəhlə işləyirik, bəzilərimiz küçə süpürürük, dalandarıq. 2026-cı ilin yanvar ayından bizi işdən çıxarmağa başlayıblar. İşçilərin Nazirlər Kabinetinin qərarına əsasən işdən çıxarıldığını deyən rəhbərlik bizi ixtisar etmir. Bizə ərizə yazıb işdən öz xahişimizlə çıxmağı əmr edirlər. Əks halda bizi işdən əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında işdən qovacaqlarını deyirlər. Hər gün biz fəhlələrə işdən çıxmaq ərizəsini yazdırmaq üçün briqadirlər və sahə rəisləri tərəfindən təzyiq edilir”, - redaksiyamıza müraciət edən şəxslər bildirirlər.
Müvafiq sorğuya cavab olaraq Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən Yeniavaz.com-a verilən açıqlamada bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2025-ci il tarixli, 408 nömrəli qərarına əsasən Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində struktur dəyişiklikləri aparılır:
“İlkin mərhələdə MKTİB-də çalışan və əmək müqaviləsinin müddəti başa çatan, həmçinin yaş həddi ilə bağlı əmək pensiyasına çıxan işçilərlə əmək müqaviləsinə xitam verilir. Nazirlər Kabinetinin yeni qərarı hazırda MKTİB-nin fəhlə və dalandar ştatlarında çalışan işçilərə şamil edilmir. “Bizə ərizə yazdıraraq işdən öz xahişimizlə çıxmağımız tələb olunur. Əks halda bizi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxaracaqlarını bildirirlər. Hər gün briqadirlər və sahə rəisləri tərəfindən fəhlələrə təzyiq göstərilir” iddiaları isə tamamilə əsassızdır. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi fəaliyyətinin təkmilləşdirilməsi prosesini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq həyata keçirir”.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 23 Yanvar 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri