Icma.az
close
up
RU
Gəncədə nizamişünas alim yad edilib

Gəncədə nizamişünas alim yad edilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin təşkilatçılığı ilə tanınmış ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli professor Xəlil Yusiflinin (1935 – 2022) anadan olmasının 90 illiyinə həsr edilmiş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransa Bakı, Gəncə, Naxçıvan, Şirvan, Quba, Qazax və Lənkəran şəhərlərindən, həmçinin Türkiyə, Özbəkistan, İran və Pakistandan alim və tədqiqatçılar qatılıblar. Əvvəlcə alimin ömür yolu və elmi-pedaqoji fəaliyyəti haqqında AMEA-nın Gəncə Bölməsi tərəfindən ərsəyə gətirilən “Nizamişünaslığımızın patriarxı. Xəlil Yusifli - 90” adlı qısametrajlı sənədli film nümayiş olunub.

Beynəlxalq konfransı giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev professor Xəlil Yusiflinin böyük mütəfəkkirimiz Nizami Gəncəvinin irsinin araşdırılmasında, o cümlədən onun yubileyləri ilə bağlı Gəncədə möhtəşəm işlərin həyata keçirilməsində, muzeyinin yaradılmasında, şairin ata-və anasının sərdabəsinin bərpa olunmasında, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətində mühüm rol oynadığını da diqqətə çatdırıb.

Toplantı iştirakçılarının diqqətinə hazırda ezamiyyətdə olan AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin göndərdiyi çıxışın mətni çatdırılıb. Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında Nizami yurdunda böyük şairin yaradıcılığına həsr olunan tədqiqatlara daim xüsusi fikir verildiyini, bu sahədə çalışmış alimlərimizin sırasında Xəlil Yusiflinin adının böyük elmi nüfuz sahibi kimi çəkildiyini qeyd edib.

Konfransda digər maraqlı çıxışlar olub. Görkəmli alimin övladı, Gəncə Dövlət Universitetinin dosenti Afaq Yusifli çıxışında foruma qatılan bütün iştirakçılara, dərin minnətdarlıq hisslərini ifadə edib.

Beynəlxalq konfrans “Nizami Gəncəvi və Türk Dünyasi”, “Nizami Gəncəvi və dünya ədəbiyyatı”, “Nizami Gəncəvi və incəsənət”, “Müasir Azərbaycan nizamişünasliğında yeni çağırışlar”, “Xəlil Yusiflinin nizamişünaslıq fəaliyyəti” və “Xəlil Yusifli və klassik Azərbaycan ədəbiyyatı” adlı 6 bölmədə davam etdirilib. Konfransa, bütövlükdə, 110 elmi məruzə təqdim edilib.

Konfransdan sonra iştirakçılar dahi şair və mütəfəkkir Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri