Rafiq Zamanov Xocalıda yeni həyata başlayıb FOTOLAR
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər arasında Rafiq Zamanov da var.
Ömrünün gənclik illərini doğma kəndindən uzaqda keçirən Rafiq bu il ata-baba yurduna qayıdaraq yeni həyata başlayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Cebheinfo.az”-a verilən məlumata görə, Zamanov Rafiq Salah oğlu Xocalı rayonunun Seyidbəyli kəndində doğulub, uşaqlıq və yeniyetməlik illərini burada keçirib.
23 yaşında doğma kəndindən məcburi köçkün düşən Rafiq ailəsi ilə birlikdə əvvəlcə Yevlaxda, daha sonra Goranboy rayonu, Ağcakənd qəsəbəsində məskunlaşıb.
Doğma yurd həsrəti ilə keçən illər ərzində onun ən böyük arzusu bir gün kəndinə qayıtmaq olub.
Bu il arzusu gerçəkləşib. Xocalının Seyidbəyli kəndinə qayıdan Rafiq doğma torpağında yeni həyat qurmağa başlayıb.
Hazırda üç nəfərdən ibarət ailəsi ilə kənddə yaşayan Rafiq Zamanov təsərrüfatını yaradaraq, heyvandarlıqla məşğul olur.
Doğma yurda qayıdışın sevincini yaşayan Rafiq üçün kənddə hər gün yeni bir başlanğıcdır.
İllərlə uzaqda yaşadığı torpaqda indi öz təsərrüfatını quran, ailəsi ilə birlikdə gələcəyə ümidlə baxan Rafiq Zamanovun da hekayəsi Qarabağda həyatın yenidən canlanmasının, insanların öz torpaqlarında xoşbəxt gələcək qurmasının nümunəsidir.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:123
Bu xəbər 05 Noyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















