Gəncədə qazi xəstəxananı yandırmağa çalışdı Video
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncədə poliklinikada insident baş verib, vətəndaş tibb müəssisəsini yandırmağa çalışıb.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə iyulun 7-də, saat 12:50-də Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsində qeydə alınıb.
İlkin məlumata görə, təyin olunmuş limitdən artıq narkotik tərkibli dərman tələb edən vətəndaş həkimlə mübahisə edib, daha sonra üzərində gətirdiyi tezalışan mayedən istifadə edərək poliklinika şöbəsində yanğın törətməyə cəhd göstərib.
Məlumata görə vətəndaş nevroloq həkimlə mübahisə etdikdən sonra yanğın törətmək istəyib.
Hadisənin qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisəni törədən şəxsin Vətən müharibəsinin iştirakçısı, qazi olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 07 İyul 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















