Gəncədə şahmat üzrə ölkə çempionatının finalı başladı FOTO
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Gəncə şəhərində 8-18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatının final mərhələsinin açılış mərasimi keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, Gəncə İdman Sarayında təşkil edilən tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, çempionat oğlan və qız kateqoriyalarına bölünməklə 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında keçirilir. Yaş qrupları üzrə “Şahmat üzrə Azərbaycan milli yığma komandalarının formalaşdırılması meyarları və şahmatçılara dəstək proqramı”na əsasən Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya və Avropa çempionatına, ikinci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. 8, 10, 12 yaş qrupunun dünya çempionatı formatını dəyişdiyi üçün bu yaş qrupları yüksək nəticələr qazanan şahmatçılar dünya kubokunda iştirak edəcək.
Yarışa martın 30-da yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 25 Mart 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















