Gəncədə şəhər rəhbəri media nümayəndələri ilə görüşüb
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Biznes Mərkəzində şəhərdə fəaliyyət göstərən media nümayəndələri ilə görüşüb.
Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, eləcə də şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Çay süfrəsi ətrafında səmimi şəraitdə keçən görüş zamanı Niyazi Bayramov jurnalistlərlə söhbət edib, onların şəhərin inkişafı ilə bağlı fikirlərini, təklif və müraciətlərini dinləyib.
Şəhər rəhbəri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncəyə göstərdikləri diqqət və qayğıdan danışıb. Qeyd edib ki, son illər şəhərdə aparılan abadlıq və quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri Gəncənin simasını əhəmiyyətli dərəcədə dəyişib. Küçə və prospektlərin, məhəllədaxili yolların təmiri, kommunal infrastrukturun yenilənməsi istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, şəhərin sosial-iqtisadi inkişafına, sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.
Media nümayəndələri də öz növbələrində ölkədə həyata keçirilən layihələrə, eləcə də Gəncənin inkişafına göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Jurnalistlər şəhərdə görülən işlər barədə ictimaiyyətin məlumatlandırılmasında, media sorğularının operativ cavablandırılmasında və qarşılıqlı əməkdaşlığın qurulmasında göstərilən dəstəyi də yüksək qiymətləndiriblər.
Görüşdə Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə Prezident İlham Əliyevin 5 noyabr 2026-cı il tarixli Sərəncamı ilə təltif edilən media nümayəndələrinin uğurlarından da bəhs olunub.
Qeyd edilib ki, “Kəpəz” Müstəqil Teleradio Şirkətinin baş direktoru Fuad Cabarov və ARB 24 telekanalının operatoru Fərrux Qafarov Azərbaycanda medianın inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif ediliblər. Uzun illər Azərbaycan Televiziyasının Qərb bölgəsi üzrə müxbiri kimi çalışmış, hazırda AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasında şərhçi vəzifəsində fəaliyyət göstərən Əhməd Məmmədova isə medianın inkişafındakı xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Niyazi Bayramov dövlət təltiflərinə layiq görülən media nümayəndələrini təbrik edib, onların fəaliyyətini yüksək qiymətləndirərək gələcək işlərində uğurlar arzulayıb. Görüşün sonunda təltif olunan jurnalistlərə hədiyyələr təqdim edilib.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 14 Noyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















