Gəncədə şəhid atası vəfat etdi
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Vətən müharibəsi şəhidi Mirmuraz Cəfərovun atası Mirbaba Cəfərov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl onun səhhətində problemlər ortaya çıxıb.
Şəhid atası bu gün axşam saatlarında Gəncədə həyatını itirib.
Mərhum sabah Gəncənin “Təzə Səbiskar” adlanan qəbiristanlığında torpağa tapşırılacaq.
Məlumat üçün bildirək ki, M.Cəfərov Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. O, 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. “Vətən uğrunda” (ölümündən sonra), “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.
Yunis Quliyev
Baxış sayı:148
Bu xəbər 13 Fevral 2025 21:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















