Gəncədə Şəhidlər Xiyabanının tamet daşları yenisi ilə əvəz olunur Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, Nizami və Kəpəz Bələdiyyələri tərəfindən Şəhidlər Xiyabanının ərazisində olan köhnə tamet daşları yenisi ilə əvəz olunur.
“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Şəhidlər Xiyabanında görülən işlərlə yerində tanış olub.
Şəhər rəhbərinə bildirilib ki, ümümi sahəsi 3500 kv.m. olan ərazidə köhnə tamet daşları sökülərək yenisi ilə əvəz olunur. Hazırda 1000 kv.m sahənin daşları yenilənib, irəlidəki günlərdə isə sözügedən ərazidə işlər tam yekunlaşacaqdır. Bununla yanaşı, xiyabanda mütəmadi olaraq abadlıq işləri həyata keçirilir, məzarların təmizliyi daim diqqətdə saxlanılır.
Niyazi Bayramov görülən işlərə baxış keçirib, əlaqədar şəxslərə tapşırıq və tövsiyyələrini verib.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 06 Dekabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















