Icma.az
close
up
RU
Gəncədə taksi sürücüləri arasında mübahisə düşüb, biri bıçaqlanıb

Gəncədə taksi sürücüləri arasında mübahisə düşüb, biri bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Natavan 2" yaşayış massivi adlanan ərazisində qeydə alınıb.

Hadisə zamanı 1991-ci il təvəllüdlü C.Həsənov bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakini C.Həsənova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Azər İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, hər iki şəxs taksi sürücüsü olub.

seeBaxış sayı:50
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri