Gəncədə vətəndaşlarla növbəti səyyar görüş keçirilib FOTO
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Məhsəti Gəncəvi Mərkəzində növbəti dəfə vətəndaşlarla görüşüb.
APA xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Qəbulda vətəndaşların müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında maddi yardım, işlə təminat, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və digər məsələlər yer alıb.
Şəhər rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunamüvafiq formada həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq, həll edilməsi üçün qeydiyyata alınıb.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 Noyabr 2024 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















