Icma.az
close
up
RU
Gəncəyə raket zərbələri: sənədlər elan edildi

Gəncəyə raket zərbələri: sənədlər elan edildi

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 6-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Axar.az xəbər verir ki, məhkəmə iclasında 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinə raket atılması ilə bağlı sənədlər oxunub.

Epizodlar üzrə tədqiq olunan sənədlərdə göstərilib ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərində yaşayış məntəqələrinə, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən təhsil və tibb obyektlərinə, həmçinin mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə 9K58 "Smerç" (BM-30) və 9K72 "Elbrus" tipli raketlərlə zərbələr endiriblər. Bununla da Ermənistan silahlı qüvvələri hərbi zərurətdən irəli gəlməyən genişmiqyaslı dağıntılar, mülki vətəndaşların xəsarət alması və ölümü ilə nəticələnən, habelə mülki əhalinin xüsusilə külli miqdarda əmlakının məhv edilməsi ilə müşayiət olunan terrorçuluq və digər cinayətlər törədiblər.

İstintaq zamanı qeyd olunan hadisələrin hər biri üzrə hadisə yerlərinə baxış keçirilib, həlak olmuş şəxslərin meyitlərinin tibb eksperti tərəfindən müayinəsinin aparılması, habelə yaralanmış şəxslərin xəsarətlərinə dair tibbi rəylərin alınaraq iş materiallarına əlavə edilməsi, ölmüş zərərçəkmiş şəxslərin hüquqi varislərinin tanınaraq dindirilməsi həyata keçirilib, eyni zamanda, xəsarət almış şəxslərin zərərçəkmiş şəxs qismində tanınmalarına dair qərarların qəbul edilərək iş üzrə dindirilməsi, habelə şahidlərin dindirilməsi və sair istintaq hərəkətlərinin həyata keçirilməsi təmin edilib.

Sənədlərdə qeyd olunub ki, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərinə edilmiş raket hücumları nəticəsində 26 mülki şəxs qəsdən öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olmuş 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isə yetkinlik yaşına çatmayan şəxslərdir. Xəsarət almış 175 nəfərin isə 61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşına çatmayanlardır.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Oktyabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri