Icma.az
close
up
RU
Gənclər idarəetməni avtomobildəki musiqiyə həvalə edir

Gənclər idarəetməni avtomobildəki musiqiyə həvalə edir

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bugünki gənclik arasında adrenalin və həyəcan axtarışı artmaqdadır. Təəssüf ki, bu meyl bəzən həyatlarını riskə atacaq dərəcəyə çatır. Gənclərin bir qismi sürət həddini aşmaq, təhlükəli hərəkətlər etmək kimi davranışlarla öz həaytalarını təhlükəyə atırlar. 

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova açıqlamasında bildirib ki, yeniyetməlik dövründə uşaqların kollektivdəki mövqeyi, ictimai münasibətlər sistemində tutduğu yer və ümumi davranış modelləri əvvəlki yaş mərhələlərinə nisbətən ciddi dəyişikliklərə uğrayır.

"Bu mərhələdə uşaqların davranış və rəftarlarında daha əvvəl müşahidə olunmayan yeni xüsusiyyətlər formalaşmağa başlayır. Yeniyetmənin şəxsiyyətinin kiçik məktəbli dövründən fərqli cəhətlərindən biri də avtomobilə meylliliyin yaranması, adrenalinin artması və eforiya vəziyyətində riskli davranışlara meyilin güclənməsidir.

Bəzən görürük ki, bu gənclər avtomobili yüksək sürətlə, musiqinin təsiri altında idarə edirlər. Xüsusilə ritmik, bas, caz və ya rok tərzində musiqilərin təsiri ilə onlar sanki idarəetməni musiqiyə təhvil verirlər. Belə hallarda bu gənclər mütləq şəkildə nəzarətə götürülməlidir.

Belə hallarda gənclər bəzən etdiklərinin nəticəsini dərk etmirlər, çünki adrenalinin və emosional gərginliyin təsiri altında olurlar.

Avtomobil qəzalarına səbəb olan əsas psixoloji amillərdən biri də “yol hipnozu” adlanan haldır. Bu zaman sürücü yuxusuzluq, fikir dağınıqlığı və ya emosional yorğunluq nəticəsində diqqətini itirir. Hər bir insanın avtomobil idarəetmə zamanı davranışı fərqli olur: bəziləri sakitlik olan zaman daha yaxşı idarə edir, bəziləri isə əksinə, səs və söhbət mühitində rahat olur.

Bu fərqliliklər insanın psixi xüsusiyyətləri, temperament tipi və emosional sabitliyi ilə birbaşa əlaqəlidir. Məhz buna görə də, gələcəkdə sürücülük vəsiqəsi verilərkən bu psixoloji xüsusiyyətlər də nəzərə alınmalıdır.

Baş verən avtomobil qəzaları bir çox ailələrdə dərin faciələrə, yarımçıq qalan arzulara səbəb olur. Buna görə də, hər kəs sürücü ola bilməz. Bu məsuliyyət yalnız emosional sabit və psixoloji cəhətdən hazırlıqlı şəxslərə verilməlidir.

Eyni zamanda, valideynlər övladları ilə sağlam münasibət qurmalı, onları anlayış və dostluq üzərində tərbiyə etməlidirlər. Belə olduqda, gənclər məsuliyyətsiz və riskli davranışlara meyl etməyəcək, nə özlərinin, nə də başqalarının həyatını təhlükəyə atacaqlar".(azedu.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Noyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri