Icma.az
close
up
RU
Gənclər necə böyüməli və tərbiyə olunmalıdırlar?

Gənclər necə böyüməli və tərbiyə olunmalıdırlar?

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sağlam düşüncəli, məsuliyyətli və məqsədyönlü gənclik cəmiyyətin sabahkı inkişafının təminatıdır

Cəmiyyətin inkişafında yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclərin də rolu böyükdür. Bu səbəbdən də Vətəninə, xalqına sədaqətli vətənpərvər gənclərin yetişdirilməsi dövlətin prioritet siyasətidir. Gənclərin tərbiyəsi həm ailənin, həm də cəmiyyətin üzərinə düşən mühüm vəzifələrdən biridir. Sağlam tərbiyə görmüş gənclik bir ölkənin gələcəyini müəyyənləşdirir. Ümummilli lider Heydər Əliyev sağlam düşüncəli yeni gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Dövlətimiz bu gün də gənclərə böyük ümidlə baxır və onun ictimai həyatın bütün sahələrində fəal iştirakını təmin etməyə çalışır.

Prezident İlham Əliyev gənclərin rolunu yüksək qiymətləndirərək demişdir: “Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi. ...Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz”. 

Bəli, məhz vətənpərvər gənclərimiz milli ruhda böyüdü, tərbiyə aldı. Azərbaycanın Milli qəhrəmanları Mübariz İbrahimov, Natiq Qasımov, Pəncəli Teymurov, Vətən Müharibəsi qəhrəmanlarından Həmid Şükürov, Ramiz Cəfərov, Mehrab Niftalıyev, Zaur Nuridəliyev, Orxan Əkbərov, Surxay Noçuyev, Camal İsmayılov və s. Vətən, müqəddəs torpaqlarımız uğrunda canlarından keçdilər. Odur ki, Vətən belə qəhrəmanları ilə bütövdür, azaddır. Dalğalanan bayraq da məhz qəhrəman igidlərimizin, yenilməz ordunun sayəsində əbədidir. Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi. Şübhəsiz, əsas ağırlıq isə Azərbaycan gəncinin üzərinə düşdü. 

Bu yazıda gənclərimizin qəhrəmanlığı, vətənpərvərlikləri ilə yanaşı, cəmiyyətdə rastlaşdığımız xoşagəlməz hadisələrə də toxunacağıq.

Vaxtilə yaxından tanıdığım el ağsaqqalı Məmmədəli Həsənovdan eşitdiyim bir söhbəti qeyd etmək istərdim. Bildirirdi ki, 1941-1945-ci illər İkinci Dünya müharibəsindən sonra çətinliklər içində yaşayanlardan biri kimi o vaxtlar adamların cəmi bir dəst paltarı olardı və onun hər hansı bir yeri sökülərdisə dərhal ona yamaq vurardılar. Hətta ailədə bir neçə uşaq varsa, böyüyünün geyindiyi paltarı növbəti il o biri övlada saxlayardılar. Çətin bir zəmanədə insanlar vətənpərvər gənc, ziyalı kimi yetişirdi. Hətta çoxuşaqlı ailələrə rast gəlinərdi. Gənclərin ali təhsil almağa meyilləri olduqca yüksək idi. Bəzən rast gəlirdik ki, bir ailənin 5 övladı ali məktəbdə təhsil alır. O vaxtın cavanlarında ədəb-ərkan da öz yerində. Ağsaqqala, ağbirçəyə, müəllimlərə hörmət xüsusi idi. Harada görsələr, ədəb-ərkanla görüşərdilər. 

Digər məsələ isə ictimai nəqliyyatda bəzi gənclərimizin davranışı ilə bağlıdır. Çoxumuz bu gün ictimai nəqliyyatdan-avtobus və metrodan mütəmadi istifadə edirik. Etiraf etmək lazım gəlir ki, metroya minən bəzi gənclərimiz oturmaq üçün yer axtarır, əyləşən kimi qulaqcıqdan istifadə edir, ayaq üstdə duran yaşlı qocalara, əlillərə, körpə uşaqlılara yer verməmək üçün görməməzliyə vururlar. 

Toxunacağım növbəti irad gənclərin geyim tərzidir. Bəzən cavan anaların, qızların geyimləri qəbuledilməzdir. Hətta rastlaşdığım bir hadisə isə körpə uşaqlı şalvarı dizi yarıq anaya metroda yer vermək istəyən orta yaşlı qadın dilə gələrək dedi ki, ay qızım, əslində, mən durub sizə yer verməliyəm, ancaq geyiminə görə bunu edə bilmirəm. Bu məsələdə əsas günah valideynlərdə və cəmiyyətdə qınağın olmamasıdır. 

İndi zaman olduqca fərqlidir. Ancaq şükürlər olsun ki, hər şey var, özü də geyim paltarları daha çox olmaqla, həm də ucuzdur. Deməli, yarıq şalvar və yaxud da deşik-deşik pencək geyən bəzi gənc qızlar bunu yoxsulluqdan deyil, bizə yad olan dəbə görə edirlər. Çünki təkcə əllərindəki telefonu satmaqla ondan on qat artığını ala bilərlər. 

Bəzən şahidi olursan ki, maşın idarə edən gənc sürücü səsgücləndiricilərdən istifadə etməklə, eləcə də həmin maşında oturanlar çəkdikləri siqaretin kötüyünü, su, həmçinin gənclərdə asılılıq yaradan “enerji” içkisinin qabını saxlayıb zibil qabına atmaq əvəzinə, elə küçədə maşın hərəkətdə olarkən hara gəldi atırlar. Yüksək sürət, oxutduğu musiqi isə qulaq batırır. Xüsusilə də yay aylarında saatın neçə olmasının fərqinə varmayan gənclərimiz “avtoşluq” yarışına çıxırlar.

Həmçinin parklarda gənclər çəkdiyi siqareti, çırtladığı tumu hər 5-10 metrdən bir qoyulmuş zibil qablarına deyil, hətta böyük zəhmət və xərc hesabına salınmış yaşıllıqların, parka gözəllik gətirən güllərin içinə atırlar. Bax belə hallarda kənar şəxslər də biganəlik göstərməməli, belələrinə öz şəxsi iradlarını bildirməli və lazım gəldikdə həm də onları ictimai qınaq obyektinə çevirməlidirlər. 

Hətta şəhərimizin insanlar gur olan küçələrində şəhərə qonaq gəlmiş əcnəbi turistlərdən abır-həya gözləməyərək siqaret çəkərək ekologiyanı zəhərləyir, ictimai yerdə açıq qeyri-etik hərəkətlər etməklə hər kəsdə nifrət hissi yaradırlar. Bu cür gənclərə qarşı mübariz olmalı, pis vərdişlərdən çəkindirməliyik.

Gənclərin pis vərdişlərə meyli onların sağlamlığına, sosial inkişafına və gələcək həyat keyfiyyətinə ciddi təsir edir. Bu vərdişlərin qarşısının alınması təkcə gənclərin özündən deyil, həm də ailə, məktəb, cəmiyyətin birgə səylərindən asılıdır. Sözsüz ki, sağlam düşüncəli, məsuliyyətli və məqsədyönlü gənclik cəmiyyətin sabahkı inkişafının təminatıdır.

Müşfiq MİRZƏ

XQ

Ekspert rəyi

Üzeyir ŞƏFIYEV, sosioloq 

Ölkəmizdə gənclər əhalinin 22 faizini təşkil edir. Bu gün gələcəyimiz olan gənclər dövlət qayğısı ilə əhatə olunublar. Azərbaycan gəncləri dünya gəncləri arasında ən layiqlisidirlər. Hər zaman müxtəlif sahələrdə sözün demiş gənclərimizlə qürur duyuruq. Çünki onlar Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş, Vətən, müqəddəs torpaq uğrunda canlarından keçmişlər. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hər zaman çıxışlarında qeyd edir ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə məhz gənclərin vətənpərvərliyi sayəsində əldə olundu. Bununla yanaşı, müxtəlif sahələrdə də gənclərimiz öndədir. Xoş sədaları dünyanın müxtəlif ölkələrindən gəlir. 

Gənclərimizdə bununla yanaşı, xoşagəlməz hallara da rast gəlirik. Bəzən gənclərimizin kənar müdaxilələrə məruz qalması da müşahidə olunur. Xüsusilə sosial şəbəkələr üzərindən. Sosial şəbəkələr, sosiallaşma institutu kimi təhsil müəssisələrindən daha çox təsir imkanına malikdir. Təəssüf hissi ilə qeyd etməliyəm ki, internet resursları sosial animiyanı körükləyən bir mühit kimi də gənclərə aşındırıcı təsir göstərir. Bəzən elə cinayət hadisələri var ki, təhlil etdikdə görürsən ki, bu, Azərbaycan cəmiyyətinə xas olan hadisələr deyil, Avropa və Qərb ölkələrindən sosial şəbəkələr üzərindən gənclərimizə aşılanır. 

Çalışmalıyıq ki, sağlam sosial şəbəkələr gənclərimizin həyatında rol oynasın. Elə etməliyik ki, gənclərimiz təsir altına düşməsinlər, sağlam düşüncənin sahibi olsunlar. Həmçinin internet və sosial şəbəkələr vasitəsilə müxtəlif oyunlara, hansı ki, gənclərdə aqressiv hisslər yaradır, bu cür oyunlara süzgəc tətbiq edilməlidir. Xaricdə istehsal olunmuş cizgi filmləri izlənilməklə də yeniyetmələrin hər hansı bir cinayət hadisəsini törətməyə sövq edir. Süni intellekt və digər innovativ texnologiyalardan istifadə edərək milli cizgi filmləri üstünlük təşkil etsin, milli animasiyalarımız olsun. Bu yayda Ankara şəhərində Anıtqəbirdə oldum. Orada Çanaqqala savaşını əks etdirən animasiyalı çox maraqlı səhnələrə rast gəldim. İstərdim ki, Şanlı zəfərimizi əks etdirən 44 günlük müharibədən səhnələr muzeylərdə nümayiş etdirilsin. 

Gənclərin formalaşmasında media və televiziya kanalları da öz köməkliklərini əsirgəməməlidir. Hərdən rastlaşırıq ki, cinayət aləminin insanları sosial şəbəkələrdə, mediada qəhrəmanlaşdırılır. Gənclərimiz də bu cür insanların həyatda düz yaşadıqlarını zənn edərək onları özlərinə ideal seçirlər. 

Bəzi dini təmayüllər, sektalar var ki, bunlar da gəncləri təsiri altına salmağa çalışırlar. Düzdür, dövlətimizin müvafiq qurumları bu işlə çox ciddi məşğuldurlar. Hər halda, cəmiyyətimiz də bu işdə yardımçı olmalıdır. 

Dövlət başçısı hər zaman qeyd edir ki, gənclərin formalaşmasında əsasən ailə və təhsil institutları mühüm əhəmiyyət kəsb edir. Çalışmalıyıq ki, ailədə psixoloji mühit sağlam olsun. Ailədə münaqişə hallarına rast gəlinməsin. Münaqişə yaşananda gənclərin psixi durumunda problemlər yaşanır ki, bundan da cəmiyyət əziyyət çəkir. Odur ki, ailə institutumuzu qorumalıyıq ki, gənclər sağlam böyüsünlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see258

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see228

Hansı tərəfimiz üzərində yatmalıyıq?

10 İyun 2026 04:43see221

Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...

10 İyun 2026 03:03see202

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see198

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see193

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see191

Aİ səfirləri Rusiyaya qarşı 21 ci sanksiya paketini müzakirə etməyə başlayacaqlar

10 İyun 2026 03:09see186

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see185

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see184

“Liverpul” Konatenin yerinə dörd müdafiəçini nəzərdən keçirir

10 İyun 2026 05:17see184

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see181

Vens: ABŞ İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

10 İyun 2026 05:02see178

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see173

Tusk: Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir

10 İyun 2026 05:50see171

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

10 İyun 2026 06:02see167

Fransa və İspaniya ön planda: futbol üzrə dünya çempionatının favoritləri açıqlandı “The New York Times“

10 İyun 2026 21:00see163

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see159

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

10 İyun 2026 21:23see159

Gənclər Liqası: “Sabah” “Bazel”lə qarşılaşacaq

10 İyun 2026 21:17see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri