Icma.az
close
up
RU
Gənclər siyasəti və məşğulluq: mövcud problemlər və qlobal

Gənclər siyasəti və məşğulluq: mövcud problemlər və qlobal

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir dövrdə gənclər siyasəti və ictimaiyyətlə əlaqələr hər bir dövlətin sosial, iqtisadi və siyasi inkişafının ən vacib istiqamətlərindən biri hesab olunur. Gənclərin cəmiyyətin gələcəyi kimi qəbul olunması onların qarşılaşdığı problemlərin qlobal çağırışlar kontekstində araşdırılmasını və həll yollarının müəyyən edilməsini zəruri edir.Azərbaycan kontekstində bu məsələlər daha da diqqət mərkəzindədir. Müstəqillikdən sonra ölkədə gənclər siyasəti dövlət səviyyəsində prioritet sahələrdən biri elan edilsə də, qlobal tendensiyalar və yerli reallıqlar gənclərin qarşısında yeni maneələr yaradır. Əmək bazarında təcrübə tələbi gənclərin işə düzəlməsini çətinləşdirir; bu, yalnız fərdi səviyyədə yox, həm də dövlətin iqtisadi inkişafına təsir edən amildir. Digər tərəfdən, ailə institutunda baş verən dəyişikliklər, boşanmaların artması və sosial sabitliyin zəifləməsi gənclərin psixoloji və sosial rifahına mənfi təsir göstərir. Xüsusilə rayon yerlərində təhsildən yayındırma hallarının davam etməsi və qızların erkən nikaha cəlb olunması gənclərin hüquqlarının qorunması məsələsini gündəmdə saxlayır.

Gənclərin məşğulluğu və “təcrübə tələb olunur” problemləri

Müasir əmək bazarının ən aktual problemlərindən biri gənclərin işə qəbul zamanı qarşılaşdıqları “təcrübə tələb olunur” baryeridir. Giriş səviyyəli vakansiyaların belə əvvəlcədən müəyyən iş təcrübəsi şərti ilə elan edilməsi yeni məzunların iş tapmaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bu, paradoksal bir vəziyyət yaradır: gənclər iş tapmaq üçün təcrübəyə ehtiyac duyurlar, lakin təcrübə qazanmaq üçün işə qəbul edilməlidirlər. Nəticədə iş axtaran gənclər dövrəvi çətinliklərlə üzləşir, uzun müddət işsiz qalır və bu da onların sosial adaptasiyasına mənfi təsir göstərir. Azərbaycan konteks-tində bu problem xüsusilə aktuallıq kəsb edir. Son illərdə ali və orta ixtisas təhsili müəssisələrini bitirən gənclərin sayı artsa da, əmək bazarının tələbləri ilə təhsil sistemində verilən bilik və bacarıqlar arasında hələ də ciddi uyğunsuzluqlar qalmaqdadır. Universitetlərdə nəzəri biliklərin üstünlük təşkil etməsi, praktiki təlimlərin isə kifayət qədər zəif olması məzunların əmək bazarına hazır vəziyyətdə çıxmasına mane olur. Təhsil diplomlarının “akademik inflasiyası” da bu prosesi dərinləşdirir. Belə ki, ali təhsil diplomu artıq öz-özlüyündə əmək bazarına daxil olmaq üçün kifayət etmir, işəgötürənlər əlavə bacarıqlar, sertifikatlar və ən əsası iş təcrübəsi tələb edirlər.

Nəticədə bir çox gənc işsiz və ya qeyri-rəsmi məşğulluğa məcbur qalır. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə gənclər arasında işsizlik göstəricisi ümumi əhali ilə müqayisədə daha yüksəkdir. Bununla yanaşı, gənclərin əhəmiyyətli hissəsi nə təhsil alan, nə işləyən, nə də təlim proqramlarında iştirak edən qrupa daxil olur. Bu isə həm sosial, həm də iqtisadi baxımdan dövlət üçün əlavə yük yaradır.

Bacarıq boşluqları və təhsilin uyğun gəlməməsi

Süni zəka, maşın öyrənməsi, avtomatlaşdırılmış proseslər kimi sahələrdə yeni texnoloji tələblər yaranır. İş yerlərinin bir qismi ənənəvi, rutin işlərdən ibarətdirsə, bu sahələr artıq maşın və proqramlar tərəfindən əvəzlənə bilər. Bu isə gənclər arasında rutin olmayan, analitik, texniki və yüksək bacarıq tələb edən sahələrə keçidi tələb edir.

• Eyni zamanda, təhsil sistemi — orta məktəb və ali təhsil  bu tələblərə tam cavab verə bilmir. Proqramlar çox zaman nəzəriyyə üzərində qurulur və praktik təcrübə, əmək bazarının konkret ehtiyacları hissəsi məhdud qalır.

• Bu boşluq gənclərin işə qəbul olunmasını gecikdirir və ya onlar elə sahələrdə işləməyə məcbur qalırlar ki, tələb olunan bacarıqlara malik deyillər. Bu da həm məhsuldarlığa, həm də iqtisadi islahatların nəticəsinə mənfi təsir göstərir.

Beynəlxalq əmək bazarına inteqrasiya

Xaricdə təhsil və iş imkanları gənclər üçün cazibədar alternativlər yaratdığı üçün, ölkə daxilində yetərincə imkan olmadığı zaman gənclər ölkədən kənarda yaşamağı və işləməyi seçə bilərlər. Əgər diplom və ya xaricdə əldə olunan təcrübə ölkə sistemində tanınmırsa, gənclərin ölkəyə qayıdıb imkanlardan faydalanması çətinləşir.

Problemlərin iqtisadiyyata təsiri

Əgər gənclər iş tapmaqda çətinlik çəkirsə, ölkədə işsizliyin səviyyəsi yüksəlir. Bu isə dövlətin sosial xərclərini artırır, iqtisadi fəallığı azaldır və potensial insan kapitalının istifadəsini gecikdirir. Təcrübəsiz gənclər əmək bazarına səmərəli qatılmadıqda məhsuldarlıq azalır, innovasiya və yeni biznes təşəbbüsləri zəifləyir. Bu, ölkənin rəqabət qabiliyyətinə mənfi təsir göstərir. Bacarıq boşluqları iqtisadi artımı yavaşladır, innovasiya potensialını məhdudlaşdırır və yüksək texnologiyalı sahələrdə milli rəqabət üstünlüyünü zəiflədir. Gənclərin beynəlxalq əmək bazarına inteqrasiya imkanlarının məhdud olması, Azərbaycanın qlobal iş və biznes şəbəkələrindən faydalanmasını çətinləşdirir. Xaricdə təcrübə qazanan gənclər ölkəyə geri dönmədikdə “beyin axını” problemi yaranır. Bu, həm işçi qüvvəsinin keyfiyyətini azaldır, həm də ölkənin innovasiya və texnoloji inkişaf imkanlarını məhdudlaşdırır. Beynəlxalq bazara inteqrasiya olunmayan əmək resursu, iqtisadi potensialın tam istifadəsini əngəlləyir.

Problemin  həlli üzrə təkliflər

 Staj və internship proqramlarının genişləndirilməsi: Dövlət və özəl sektor birgə çalışaraq müxtəlif sahələrdə gənclərə praktik təcrübə qazandıran proqramlar təşkil edə bilər.

 Gənclər üçün kiçik biznes və startap dəstəyi: Məşğulluq imkanları yaratmaq üçün dövlət və QHT-lər startap ideyaları və maliyyə dəstəyi verə bilər.

 Təhsil proqramlarının yenilənməsi: Universitet və peşə təhsilində bazar tələblərinə uyğun müasir fənn və kurslar tətbiq edilməlidir 

 Əmək bazarı məlumat bazalarının yaradılması: Dövlət və QHT-lər beynəlxalq iş imkanları, vakansiyalar və tələblər barədə məlumat platformaları yarada bilər.

 Virtual əmək mübadiləsi: Gənclər fiziki olaraq xaricdə olmadan beynəlxalq şirkət və layihələrdə iştirak edə bilərlər.

Yekun

Gənclər siyasəti yalnız sosial və hüquqi sahələrdə gənclərin rifahını təmin etməklə kifayətlənmir, o, həm də ölkənin iqtisadi inkişafı və dayanıqlı gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Gənclər cəmiyyətin ən dinamik və çevik hissəsi olaraq həm fərdi, həm də kollektiv insan kapitalının əsas daşıyıcılarıdır. İnsan kapitalı nəzəriyyəsinə görə, bilik, bacarıq, təcrübə və sağlamlıq kimi elementlər ölkənin iqtisadi potensialını formalaşdırır. Bu baxımdan, gənclərin peşəkar bacarıqlarının inkişafı, əmək bazarına effektiv inteqrasiyası və innovativ təşəbbüslərdə iştirakı ölkənin uzunmüddətli iqtisadi artımını təmin edir.

Qlobal təcrübələr göstərir ki, əmək bazarının tələblərinə uyğun hazırlanan gənclər iqtisadi aktivliyə daha sürətlə qoşulur. Məsələn, Qərb ölkələrində “dual education” sistemləri və internship proqramları gənclərin iş təcrübəsi qazanmalarını və bazara daha rahat daxil olmalarını təmin edir. Eyni zamanda, UNICEF və UNESCO kimi beynəlxalq təşkilatlar uşaqların təhsildən yayındırılmasının qarşısını almaq, sosial dəstək mexanizmlərini gücləndirmək və erkən nikahlarla bağlı problemləri azaltmaq üçün proqramlar həyata keçirir.

Azərbaycan da milli gənclər siyasətini qlobal çağırışlara uyğun şəkildə formalaşdıraraq, iqtisadiyyat və sosial rifahı bir-birinə bağlayan tədbirlər həyata keçirir. Dövlət Gənclər Proqramları çərçivəsində gənclərin staj və təcrübə proqramları vasitəsilə əmək bazarına inteqrasiyası, təhsil təşviqi ilə məktəbə davamiyyətin təmin olunması və erkən nikah kimi sosial problemlərin hüquqi və maarifləndirici yollarla həlli ölkənin insan kapitalını gücləndirə bilər. Bu, eyni zamanda, gənclərin iqtisadi fəallığını artıraraq işsizliyin qarşısını alır və sosial gərginliyin azalmasına xidmət edir.

Beləliklə, gənclər siyasəti yalnız sosial rifah və hüquq sahəsində deyil, ölkənin iqtisadi inkişaf strategiyası ilə birbaşa bağlıdır. Gənclərin bacarıqlarının artırılması, əmək bazarına inteqrasiyası və sosial dəstəyin gücləndirilməsi milli iqtisadi potensialın optimallaşdırılmasını, innovasiya və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edir. Bu yanaşma həm gənclərin fərdi inkişafına, həm də ölkənin uzunmüddətli iqtisadi və sosial stabilliyinə xidmət edir, Azərbaycan üçün dayanıqlı və strateji bir inkişaf mexanizmi yaradır. 

Zaur Əsədzadə

İqtisad üzrə fəlsəfə doktoru

Zakir Məmmədli

BDU-nun tələbəsi, İslahat könüllüsü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:480
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Noyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri