Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Gənclərə örnək Mübariz İBRAHİMOV

Gənclərə örnək Mübariz İBRAHİMOV

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

44 günlük Vətən müharibəsində xalqımıza Zəfər tarixini yaşadan oğullarımız Qələbə tariximizi bizimlə qeyd etməsələr də, qalib xalqın övladı kimi məzarlarında rahat nəfəs alırlar. Bu gün Azərbaycanın müstəqilliyi, ərazi bütölüyü yolunda şəhid olmuş vətən övladarının hər birinin qəhrəmanlıq tarixi dildən-dilə düşərək sanki əfsanəyə çevrilib. Elə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov kimi. Milyonların ürəyində heykəlini ucaldan xalqımızın Mübariz oğlu. Hər zaman xalqın yaddaşında, qəlbində olan bir qəhrəman. Gənclərə örnək, torpağımıza ucalıq gətirən Mübariz. Vətən ucalığı, vətən sevgisi onun ömür yolunu yarımçıq qoydu. Qəhəmanlıq zirəsinə yüksəltdi. Heç vaxt zirvədən enməyəcək bir yüksəklikdə özünün əbədi məşəlini yandırdı – şəhidlik zirvəsinə yüksəldi. Özü də 22 yaşında. 22 bahar yaşamış bir insan üçün işıqlı ömür yolları olduğu halda seçimində qərarlı oldu. Hər dəfə işğal tariximizlə bağlı bir söz eşidəndə düşmənə qarşı nifrəti daha da artır. Deyirlər vətənpərvərlik ana laylalarından başlayır. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı yoğrulduğu ana laylalarından kök atmağa başlayır. Sonralar vətənə, doğma torpağa məhəbbət nağıllarımızdan, dastanlarımızdan, atalar sözlərindən əxz olunmağa başlayır. Vətənlə bağlı düşüncələri, vətənpərvərlik tərbiyəsi, vətəni sevmək kimi ali dəyərlər Mübarizi qəhrəman kimi yetişdirir – ərən, igid, mübariz. 22 yaşlı bir gəncin düşmənlə üz-üzə gələrək, qisası qiyamətə qoymaması onun ruhi, əqli, mənəvi dünyasında hökmranlıq edən Vətən sevgisindən köklənmişdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdı. Çağdaş tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi. Minlərlə vətən oğlu şəhidlik zirvəsinə yüksəldi. Bu zirvəyə yüksəlmək hər kəsə nəsb olmur. Torpaq yolunda can fəda etmək, bu torpağın vətəndaşı olaraq onun yaddaşına hopmaq, qanı ilə vətən torpağına can vermək böyük hünər, qəhrəmanlıq, şücaətdir. Əlbəttə ki, torpaq belə övladlarını qoynuna alarkən qürurlanır. Qürurlanır ki, belə övladlar yetişdirib, onun hər qarışını qan ilə suvarılır. Minlərlə vətən oğlu düşmənə yerini göstərmək üçün, qisası qiyamətə qoymamaq amalı ilə silahlanıb düşmənə qorxaq və gücsüz olduğunu sübut edərək şəhid oldular.

Hər dəfə onun qısa, lakin neçə-neçə onilliklərə bərabər bir ömür yaşadığını görürük. Əsrlərə dastan olacaq bir ömür yaşadı. Neçə-neçə əsrlər bu əfsanəyə çevrilmiş ömür yolundan yazılacaq, qəhrəmanlığı dildən-dilə dolaşacaq. 1988-ci ilin 7 fevral tarixində Biləsuvar rayonunun Əliabad kəndində anadan olan Mübariz bir kəndin, bir rayonun yox, bütün türk dünyasının övladına çevrildi. Qısa ömürdən sətirlər oxuyuruq. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət edib. Bu yola qədər uşaqlıq və gənclik illərinin ilk illərində baş verən hadisələr onun yaddaşına elə həkk olur ki, o düşməndən intiqam almaq hissi ilə yaşayır. Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi.

SON MƏKTUB

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Belə bir qətiyyətli addımı atarkən ailəsinə son məktubunu yazmağı şübhəsiz ki, özünə borc bilir: "Canım atam və anam. Məndən ötrü darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin". Bu hallallıqdan sonra qəhrəmanlığa doğru addımlarını atır. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Bu şəhidlik bütün Azərbaycana, dünya ölkələrinə işıq sürəti ilə yayılır. Atası Ağakərim İbrahimov belə deyir: "Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar..."

ƏFSANƏLƏŞƏN FİLMİN QƏHRƏMANI

Hər kəs yaxşı xatırlayır. Rusiya prezidenti Vladimir Putinin Azərbaycanda yeni Rembo peyda olub, deyə bildirmişdi: "Mən çox qəribə və maraqlı məlumat almışam. Bir gecə silahlanıb təkbaşına erməni ordusuna qarşı hücuma keçərək 135 nəfər erməni əsgər və zabitini qanına qəltan edib. Əgər rəsmi məlumat olmasaydı, mən bu xəbərə inanmazdım. Çünki biz bu cür igidlikləri kinolarda görmüşük. Rembo kinoda 200 nəfərdən çox adam öldürəndə, deyirsən ki, bu fantastikadır. Həqiqətən də bu fantastikaya oxşayır. Axı, necə ola bilər ki, bir nəfər silahlı 200 nəfər silahlıya atəş açır, 200 nəfərin atdığı atəş isə bu bir nəfərə dəymir, həmin bir nəfər isə sərrast atəşlə hamısını yerə sərir. Bu heç cür ağılabatan deyil. Deməli, Rembo təkcə kinoda deyil, həyatda da var.''

Bu əfsanələşən bir filmin qəhrəmanı bizim Mübarizdir. Azərbaycanlı Mübariz. Dünyaya, ən əsası da erməniyə Azərbaycan gücünü, Azərbaycan oğlunun belə bir cəsarətini, qəhrəmanlığını göstərdi. Fəxrimiz, Fəxarətimiz MÜBARİZ. Belə bir şəhidlik, qəhrəmanlıq hər həsə nəsib olmur. Bunu Azərbaycan torpağının yetirdiyi Mübariz İbrahimov göstərdi! Vətən üçün hər kəsin cavabdeh olmasını yaxşı anlayırdı Mübariz İbrahimov. Hər vaxt üçrəngli bayrağını uca tutan cəsur oğullar millətimizin qürur mənbəyidir.

Azərbaycanda saxta qəhrəmanlar olmur. Bugünki dünyada bütün arxiv sənədlərinin aşkar şəkildə olması, həqiqətlərin dünyaya çatdırılması, ağı qaradan seçməyə imkan yaradıb. Təbii ki, heç kəs anadan qəhrəman doğulmur. Onu yaşadığı zaman, doğulduğu torpaq, vətənpərvərlik ruhu yetişdirir. Ermənilərə dərs verən Mübariz İbrahimovun cəsədini Ermənistan 141 gün saxlamışdır. Ermənilər İbrahimovun cəsədinin şəkillərini internet saytlarında yayımlamışdır. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqların nəticəsində, İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında Ermənistan tərəfdən alınmışdır. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Azərbaycan Respublikası Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilmişdir.

2010-cu il noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edərək, nitq söyləmişdir. Bizim qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.

XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLDİ

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə Sərəncam imzalayıb. Prezidentin başqa bir Sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adı verilib. Biləsuvar rayonunda küçələrdən biri Mübariz İbrahimovun adını daşıyır. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılıb. Qardaş Türkiyə də tədbir, film və seriallarında Azərbaycan qəhrəmanı Mübariz İbrahimovun adını sonsuz hörmət və məhəbbətlə yada salıb və salır. Onun qəhrəmanlığı TRT 1 kanalında nümayiş olunan "Qızıl Alma" serialında geniş yer alıb. Mübariz İbrahimovun adını daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdır.

2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub. 2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib. Mübariz İbrahimova həsr edilən "Müqəddəs zirvə" adlı film çəkilib. Nə qədər onun haqqında yazılsa da, yenə də Mübarizlə bağlı olan fikirlərə, sözə nöqtə qoyulmur. Hər tərəfdən Mübariz işığı görünür, Azərbaycanı şölələndirir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Nəzakət ƏLƏDDİNQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 İyun 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri