Icma.az
close
up
RU
“Təcrübəli futbolçular gənclərə heç də yaxşı örnək olmurlar”

“Təcrübəli futbolçular gənclərə heç də yaxşı örnək olmurlar”

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan millisi yoldaşlıq oyunlarında əvvəlcə Haitiyə (0:3), daha sonra isə Belarusa (0:2) hesabıyla uduzub.

Veteran futbolçu Adil Şükürov “Futbolpress.az“a açıqlamasında millinin nəticələrini dəyərləndirdi:

“Haiti oyununa baxdıqda adamda elə fikir yaranırdı ki, yığma komandamız Avropanın hansısa qabaqcıl ölkələrinin biriylə yoldaşlıq oyunu oynayır. Haiti millisi yığmamızı mümkün olan bütün komponentlərdə üstələdi. Oyun başlayandan 10 dəqiqə sonra sanki yığma komanda 180 dərəcə dəyişdi. İlk dəqiqələrdə komanda hücumlar edir, rəqib qapısına təzyiqlər etməyə çalışırdı. Haiti millisi ilk qolu vurduqdan sonra yığma komandamız da xaos başladı. Oyunun gedişatında xaotik hücumlar qurur və nəticəyə təsir etməyə çalışırdı . Lakin bu xaotik hücumların qarşısını alan Haiti millisi oyun ərzində yığma komandamızı bir neçə dəfə iki dəqiqəyə yaxın topsuz qaçmağa məcbur edirdi. Bu duruma baxmaq adama çox pis təsir edir .

Belarus ilə oyuna gəldikdə isə heyətdə olunan dəyişiklik həm adamı sevindirir həmdə narahat edir . Sevindirir ona görə ki , gənclərə şans verildi. Narahat edən məsələ isə odur ki , təcrübəli futbolçular bu gənc futbolçulara heçdə yaxşı örnək olmurlar. Əvvəllər biz görmüşdük ki , təcrübəli futbolçular gənclərə dəstək olur, səhvlərin düzəldir və lazım olanda örnək olurdu. Amma indiki yığma komanda da təcrübəli futbolçuların bəziləri gənc futbolçuları özünə rəqib kimi görür. Bu isə bu gənclərin inkişafının qarşısını almaq deməkdir .

Mütəxəssis komandanın DÇ-2026-dakı rəqibləri – İslandiya, Ukrayna və Fransa haqda fikirlərini bölüşdü:

“Yığmamızın Haiti millisinə məğlub olandan sonra özüm üçün maraqlı oldu və Fransa ilə Ukrayna milli komandalarının Millətlər Miqasının pley-off mərhələsinin cavab oyunlarına baxdım . İnandırım sizi Fransa Xorvatiyaya ilk oyunda 0:2 hesabıyla məğlub olmuşdusa, cavab matçında Xorvatiya komandasına öz cərimə meydançasından çıxmağa belə imkan vermirdi. Oyundakı sürət o həddə idi ki, 65-70-ci dəqiqələrdən sonra Xorvatiya komandası ancaq oyunu penaltilər mərhələsinə çatdırmaq barəsində fikirləşirdi . Oyunun statistikası bütün komponentlər üzrə Fransa komandasının üstünlüyünü göstərirdi .O ki qaldı yığmamıza qeyd etdiyim kimi qarşıda bizi çox ağır oyunlar gözləyir”.

Şükürov yeni mövsümdə legioner limitinin ləğvinin milliyə təsirsiz ötüşməyəcəyini qeyd etdi:

“Limitin olmamağı klubların inkişafına güclü təkan verəcək . Amma yığma komanda üçün çox çətin olacaq . Komandalar nə qədər bir turda nəçə nəfər yerli futbolçuya güvənəcəyini isə statistika göstərəcək . Onda da müqayisə edib hansısa nəticələr çıxartmaq mümkün olacaq”.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 27 Mart 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri