Icma.az
close
up
RU
Gəncləri nikahdan soyudan nədir?

Gəncləri nikahdan soyudan nədir?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gənclər arasında evliliyə marağın azalması və ya bu qərarın gecikdirilməsi narahatlıq yaradan sosial məsələlərdən birinə çevrilib. 

Bir çoxları bunu maddi çətinliklərlə əlaqələndirsə də, məsələ daha dərin psixoloji səbəblərlə bağlı ola bilər. Gənclərin evlilikdən uzaq durmasının arxasında həm fərdi, həm də cəmiyyətin dəyişən dəyərləri dayanır. 

Məhz bu səbəbdən də ölkədə yeni doğulan uşaqların sayında da azalma müşahidə olunur. Son illərin statistikasına görə, Azərbaycanda doğulan uşaqların sayında kəskin azalma var. 

2025-ci ildə 95 min 875, 2024-cü ildə 102 min 310, 2019-cu ildə isə 141 min 179 körpə doğulub. Son 5-6 il ərzində illik doğum sayı 39 minə yaxın azalıb. Bu, demoqrafik eniş, nikahların azalması və sosial-iqtisadi faktorlarla izah edilir. 

Hətta Milli Məclisdə Azərbaycanda doğum səviyyəsinin azalması və bunun gələcəkdə təhsil və əmək bazarına təsiri ilə bağlı narahatlıq da ifadə olunub.

Milli Məclisin sədr müavini Əli Əhmədov parlamentin plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib ki, son illər ölkədə demoqrafik artım tempi azalır. Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycanda 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altına düşüb. Ə. Əhmədov qeyd edib ki, bu tendensiya davam edərsə, yaxın illərdə məktəblərdə təhsil alan şagirdlərin sayı azalacaq və bu da müəllimlərin ixtisarı riskini yarada bilər.

Maraqlıdır ki, gənclərin evlilikdən qaçmasının əsas səbəbləri nələrdir? 

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov "Cümhuriyət"-ə bildirib ki, gənclər evlilik qərarının böyük məsuliyyət tələb etdiyini dərk edirlər və bu məsələyə daha düşünülmüş yanaşırlar:

“Onların gözləntiləri əvvəlki nəsillərdən fərqlənir. Artıq gənclər həyat yoldaşı seçərkən valideynlərinə bənzər birini axtarmırlar və bu seçimdə məcburiyyət hiss etmirlər. 

Evliliyə həm maddi, həm də mənəvi cəhətdən hazır olmaq vacib hesab olunur. Cütlüklər arasında psixoloji uyğunluğun olması əsas şərtlərdən biridir. Heç kimin digərini xoşbəxt etmək kimi məcburi bir öhdəliyi yoxdur. 

Xoşbəxtlik qarşılıqlı anlayış və uyğunluq əsasında formalaşır. Sosial şəbəkələr müasir dövrdə münasibətlərin və evliliklərin formalaşmasına və tənzimlənməsinə ciddi təsir göstərir. İnsan artıq yalnız real deyil, həm də rəqəmsal varlıq kimi mövcuddur və onun sosial statusu getdikcə rəqəmsal imici ilə sıx bağlı olur. 

Sosial şəbəkələrdə nümayiş etdirilən, çox vaxt dırnaqarası xoşbəxt münasibətlər və evliliklər digər insanların həyatına da təsir edir, onlarda müqayisə və rəqabət hissi yaradır. Nəticədə bəzi cütlüklər üçün həqiqi xoşbəxtlikdən daha çox, sosial mediada xoşbəxt görünmək ön plana keçir. Bu isə münasibətlərin mahiyyətinə təsir edərək, onların daha çox nümayiş xarakteri daşımasına səbəb olur. 

Uzunmüddətli münasibətlərin çətinləşməsi təsadüfi deyil. İnsanlar buna hazır olmadan münasibətə girirlər. Belə münasibət yalnız hisslərlə yox, məsuliyyət, səbr və davamlı əmək tələb edir. 

Çətinliklər qaçılmazdır və onları görməzdən gəlmək yox, birlikdə həll etmək lazımdır”. 

O qeyd edib ki, kim bu yükü daşımaq istəmirsə, uzunmüddətli münasibət də qura bilməz:

“Hər kəs əvvəlcədən anlamalıdır ki, münasibətdə nəyin çətin, nəyin yorucu olacağı var və bunu qəbul etmədən davam etmək mümkün deyil”. 

Psixoloq qeyd edib ki, tərəflər bir-birinin seçimlərinə və sərhədlərinə hörmət etmirsə, bu, artıq münasibət deyil, sadəcə müvəqqəti yaxınlıqdır:

“Sədaqət isə seçim deyil, bu, münasibətin əsas şərtidir. O yoxdursa, nə başlanğıcın, nə də sonun mənası qalır”.

Aişə Abdulova
"Cebheinfo.az"

Açar sözlər: nikah Rövşən Nəcəfov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Aprel 2026 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri