Icma.az
close
up
RU
Gəncləri siqaret alışqanlığından necə uzaq tutaq? AÇIQLAMA

Gəncləri siqaret alışqanlığından necə uzaq tutaq? AÇIQLAMA

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

Səhiyyə Nazirliyi və AQTA elektron siqaretlərlə bağlı vətəndaşlara müraciət edib. Müraciətdə bildirilib ki, son illərdə elektron siqaretlər (veyplər) dünya miqyasında milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.
Qeyd edilib ki, ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazlar xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb: "Rəngarəng dizaynlar, müxtəlif meyvə və şirniyyat dadı effekti, marketinq strategiyaları və sosial mediada geniş reklam olunması elektron siqaretləri gənclər üçün cazibədar hala gətirir. Bu məhsulların əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən insanlar olsa da, son illərin statistikaları göstərir ki, veypdən istifadə daha çox əvvəllər siqaret çəkməyən şəxslər, xüsusən yeniyetmələr və gənclər arasında sürətlə yayılmağa başlayıb.

Gəncləri bu kimi hallardan uzaq tutmaq üçün hansı tədbirlər görülməlidir ?
 

Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, siqaretin orqanizmə həm qısa müddətli, həm də uzun müddətli ciddi sağlamıq problemləri yaratdığı hər kəsə məlumdur:
“Xüsusilə də gənclər, yeniyetmələr daha çox siqaretə tütün çəkməyə cəlb olunur, əsas birinci növbədə bunun qarşısını almaq lazımdır. Bunun qarşısını almaq üçün birinci növbədə onları maarifləndirmək, siqaretin zərərləri ilə bağlı geniş ətraflı şəkildə məlumat vermək lazımdır. Ümumiyyətlə, inkişaf etməkdə olan orqanizm, xüsusilə də 20 yaşa qədər olan orqanizmin inkişafına, böyümə prosesinə mane olur. Çünki siqaretin tərkibindəki toksik maddələr böyümə və inkişaf prosesinə qarşı getməklə yanaşı, ümumiyyətlə, bir çox xəstəliklərin başlanğıcını qoyur. Xüsusilə də ağciyər problemləri, bronxit, astma, xroniki öskürək, tənəffüs çatışmazlığı və ağciyər xərçənginə gətirib çıxartması belə ən təhlükəli nəticələrdən biridir. Gənclər, xüsusilə də böyüməkdə olan orqanizm bu mənada daha həssas olmalıdır.Ürək-damar xəstəliklərinə yoluxma riski yüksək olur.Siqaret çəkən insanlarda damarların daralmasına, qan təyziqinin artmasına gətirib çıxardır. Bu da ani ölümlərə də bəzən səbəb olur. Mərkəzi beyin sisteminin xüsusilə də inkişafına mane olur.Bu da əsasən siqaretin tərkibindəki nikotin, beynin ümumiyyətlə, funksiyasını pozmaqla yanaşı, həm də emosional olaraq insanlarda depressiyaya meyillilik, ətraf mühitdən zövq almamaq, həyat eşqinin aşağı olması ilə yanaşı yaddaş problemlərinə də gətirib çıxardır”. 
M. Hüseynova bildirib ki, bir çox hallarda psixoloji təsirləri də daha çox özünü göstərir:
“Bu da gənclər yeniyetmə çağında daha çox emosional olduğuna görə, psixoloji təsirlərə məruz qala bildiyinə görə onlar bəzən stresdən qurtulmaq üçün siqaret çəkməyə qurşanırlar. Nəticədə   həmin problem  uzunmüddətli psixoloji problemlərə yol açır. Davranışın pozulması, təhsildə geri qalmaq, diqqətini cəmləməkdə çətinlik çəkmək və bir çox yaşına uyğun qazanacağı uğurlardan geri qalmaq kimi də problemlərlə üz-üzə qalırlar.  Mütləq onlara çatdırmaq lazımdır ki, bu kimi məsələlərdə daha diqqətli olsunlar.  Gənclər daha çox xarici görünüşlərinə diqqət etdikləri üçün siqaretin onların xarici görünüşündəki gözəlliyi məhv etdiyinə, dəridə qırışların yaranmasına, solğunluq, ağızdan xoşa gəlməz qoxunun olması, ağız boşluğunda problemlərin yaralması, dişlərin saralması, sıradan çıxması bu kimi problemlərdə gənclərdə və eləcədə siqaret çəkən insanlarda xarici görünüşün pozulmasına gətirib çıxardır. Yaxşı olar ki, ümumiyyətlə, hansı yaşda olursa olsun bu sahədə ciddi marifləndirmə tədbirləri aparılsın. Maarifləndirmə tədbirləri təhsil, ailə, ətraf mühit, həm sosial media, eləcədə kütləvi informasiya vasitələrində geniş şəkildə aparılmalıdır. Hər bir tərəfdən bu kimi zərərli vərdişin insan orqanizminə vurduğu zərərləri görünsün. Əks halda, siqaret reklamları, xüsusilə də məşhur insanlardan istifadə edərək bu reklamları həyata keçirmələri daha çox sayıda olur. Bu da insanların, xüsusilə də gənclərin tələyə düşməsinə gətirib çıxardır. Bununla mübarizə aparmaq bəzən çətinləşir. Eləcə də qanunvericilikdə də müəyyən tədbirlər gündən-günə gücləndirilib. Çünki nə qədər cərimə tədbirləri artırılsa və xüsusilə də siqaret tətbiq olunan vergilərin miqdarı artırılsa, bu da əhəmiyyətli nəticələrin əldə olunmasında kömək olar. Xüsusilə reklamların qadağan olunması daha əlverişli üsullardan sayılır. Çünki bir çox ticarət, satış yerlərində qanunvericiliyə uyğun olaraq 18 yaşından aşağı insanlara siqaretin çəkilmə, alınması, satılması qadağan olunursa da məktəb və universitet yaxınlıqlarında qeyri-qanuni şəkildə bu siqaretin tək-tək satışını həyata keçirirlər. Burada heç yaş amili nəzərə alınmır. Bu da mütləq şəkildə daha ciddi nəzarət olunmalıdır ki, bu kimi zərərli vərdişlərdən gənclərimiz uzaq olsunlar. Eyni zamanda da alternativlər olaraq, uzun müddət istifadə edən, siqaret çəkənlər üçün üçün həkim məsləhəti, peşəkarların dəstəyi mütləq lazımdır. Stresi idarə etmək üçün idmanla məşğul olmaq, fiziki aktiv olmaq, meditasiyayla məşğul olmaq da siqareti atmağa kömək ola bilər. Bunlar da əsas vacib olan amillərdən biridir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 17 Fevral 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see186

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see155

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see133

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see126

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see126

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see123

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see123

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see122

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see118

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri