Icma.az
close
up
RU
Gəncləri xaricə aparan səbəb: Keyfiyyətli təhsil, yaxud çətin qəbul

Gəncləri xaricə aparan səbəb: Keyfiyyətli təhsil, yaxud çətin qəbul

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illər xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı getdikcə artır. 

Dövlət xətti ilə xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı 2025-2026-cı tədris ilində 1111 nəfər təşkil edib. Onlar əsasən Türkiyə, Macarıstan, Çin və Rusiya universitetlərində təhsil alırlar. Öz hesabına və ya digər mübadilə proqramları ilə təhsil alanların sayı ilə birlikdə bu rəqəm on minlərlə ifadə olunur. 

Təkcə Türkiyədə 40.000-dən çox, Rusiyada isə 8.000-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Böyük Britaniya, Kanada və Macarıstan kimi ölkələr də tələbələrin üstünlük verdiyi əsas məkanlardandır. 

Azərbaycanlı gənclərin xarici ölkə universitetlərində təhsilə üstünlük verməsi həmin ölkələrdə təhsil səviyyəsinin yüksək olması, yoxsa ölkəmizdə ali məktəblərə qəbulun çətin olmasıdır? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi “Cümhuriyət”-ə bildirib ki, son illər ölkədə demoqrafik göstəricilər 2008-2009-cu ildən 2017-2018-ci ilədək doğulanların sayı təxminən 150-160 min nəfərə çatıb və bununla bağlı hər il universitetlərə plan yerlərinə qarşı ikiqat müraciət olur: 

“Belə ki, 60-65 min plan yerinə qarşı 130-135 min müraciət olur və gələcəkdə bu rəqəm 150 min nəfərə qədər ola bilər. Nəticə etibarilə bizdə ali təhsil müəssisələrinə imtahanda uğur qazana bilməyənlərin bir hissəsi orta ixtisas təhsili müəssisələrinə yönəlir. 

Digərləri isə xaricdə təhsilə üstünlük verirlər. Məqsədli şəkildə xaricdə təhsilə üstünlük verənlər dövlət proqramına qoşulurlar, maliyyə ayrılır. Təhsil alıb qayıtdıqdan sonra 5 il əmək fəaliyyətinə başlamaqla bağlı razılıq məktubu da alınır və yaxud müqavilə bağlanır. 

Xaricdə təhsilə üstünlük verən digər qrup var ki, onlar hərbi xidmətdən yayınmaqla bağlı kişi cinsinə məxsus gənclərimizdir. Daha çox attestatla qəbul məsələsinə üstünlük verirlər ki, bu da bir növ hərbi xidmətdən yayınmadır. Bu da ümumi müraciət edənlərin sayına kifayət qədər təsir göstərir. 

Hər il 10-15 min nəfərə yaxın vətəndaşımızı müvafiq ölkələrdə təhsil almağa yönləndiririk. Bu ölkələrə Türkiyə, Gürcüstan, MDB məkanı, Avropa ölkələri daxildir”. Ekspertin fikrincə, bu gün ali məktəblərə qəbul şərti çətin deyil: 

“Çünki biz bəzi ixtisaslara 150 balla qəbul həyata keçirilir ki, bu acınacaqlı vəziyyətdir. Hansı addımları atmaq olar ki, bu qədər vətəndaş xaricə getməsin, ölkədə qalıb, iqtisadiyyatın inkişafına təkan versinlər? Bizim təklifimiz ondan ibarətdir ki, bununla bağlı universitetlərin nəzdində hazırlıq qrupları yaradılmalıdır.

Bu, bir neçə ildir ki, Nazirlər Kabinetinin qərarında da var, ancaq tətbiq edilmir. Müvafiq hazırlıq qrupları yaradılmalıdır. Həmin hazırlıq qruplarında ixtisasla bağlı hazırlıq olmalı və növbəti il yenidən imtahan verərək oxuduqları ixtisas istiqamətində qəbul aparılmalıdır. Həmin müddətdə də hərbi xidmətdən möhlət alınmalıdır. Bu qaydanı tətbiq edə biləriksə, kifayət qədər təsir göstərə bilər”. 

Ekspert deyir ki, eyni zamanda məqsədli şəkildə, öz hesabına xaricə təhsil almağa gedənlər var: 

“Çünki xaricdə təhsilin yüksək olması onları cəlb edir. Bu da digərləri ilə müqayisədə min nəfər həddinə çatmır. Bizim üçün vacib olan həmin min nəfər həddə çatanların getməməsi üçün hansısa addımlar atılmalıdır. Çünki konkret beyin axını onlardır. Yüksək potensiallı şəxslərdir, ixtisaslı kadrlardır. 

Onların getməsinin tərəfdarı deyiləm. Ona görə də dövlət tərəfindən həmin şəxslərlə bağlı hansısa güzəştlər, imtiyazlar və s. tətbiq olunmalıdır ki, onlar ölkəni tərk etmədən hansısa bir sahə üzrə əmək fəaliyyəti göstərsinlər. 

Əgər konkret xaricdə təhsil almaq məqsədi varsa, yenədə dövlət büdcəsindən maliyyələşmə mexanizmi tətbiq edib onlara müəyyən dəstək verib, ölkəyə geri qayıtmalarını təmin etməlidir".

Problemin aradan qaldırılmasında birgə universitetlərin yaradılması ilə bağlı ekspert bildirib ki, son illər həmin təcrübədən istifadə edilir: 

“Bir müddət bundan əvvəl Azərbaycan-Fransız Universiteti, Türkiyə-Azərbaycan Universiteti yaradılıb, eləcə də türkdilli dövlətlərdən biri ilə birgə universitetin yaradılması, gələcəkdə Çinin hansısa universiteti ilə əməkdaşlıq nəzərdə tutulur. 

Mən təklif edərdim ki, Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə yeni, xüsusilə də kənd təsərrüfatı yönümlü universitetlərin yaradılması müsbət addım olar. Çünki hazırda ölkəmizdə kənd təsərrüfatı üzrə kadrlara ciddi ehtiyac yaranıb. 

Hazırda ADA Universitetinin nəzdində İtaliya-Azərbaycan Universiteti yaranıb. Burada əsasən kənd təsərrüfatı yönümlü kadr hazırlığı həyata keçirilir. Düşünürəm ki, digər hər hansı kənd təsərrüfatı təcrübəsi yüksək olan ölkələrin universitetini yaratmaqla  müəyyən qədər təsir etmək olar. 

Ancaq təbii artım hazırda əsas faktordur. Çünki 170-180 min nəfər gələcək illərdə ali təhsil müəssisələrinə müraciət edən abituriyent sayı arta bilər. Bu tendensiya 2017-2018-ci ilədək belə davam edəcək. 

Ancaq sonra təbii artım aşağı düşdüyü üçün bu rəqəmlər 2034-2035-ci illərdə 90-100 min həddinə qədər azalacaq. Ümumilikdə birgə universitetlərin yaradılması da xaricdə təhsillə bağlı müəyyən təsir göstərə bilər”.

Nigar Abdullayeva
"Cebheinfo.az"

 

Açar sözlər: xaricdə təhsil Elçin Əfəndi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 İyun 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri