Icma.az
close
up
RU
Gənclərin sevimli içkisi bu xəstəlikləri yaradır

Gənclərin sevimli içkisi bu xəstəlikləri yaradır

Icma.az, Milli.az saytına istinadən bildirir.

Gənclər arasında enerji içkilərinin istifadəsi sürətlə yayılır və bu da sağlamlıq üçün ciddi təhlükəyə çevrilir.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu içkilər xüsusilə ürək-damar sistemi, böyrəklər və psixi sağlamlıq üçün zərərlidir.

Araşdırmalara görə İngiltərədəki yeniyetmələrin 31 faizi mütəmadi olaraq enerji içkilərindən istifadə edir. Yüksək kafein və şəkər tərkibli bu içkilər diqqəti artırsa da, bədəndə yüksək təzyiq, yuxusuzluq, mədə pozğunluqları və güclü baş ağrılarına səbəb olur. Dietoloq Annabel Gipp bildirir ki, artıq hiperaktivlik və buna bağlı yaralanmalar da artmaqdadır.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu içkilər təkcə qısamüddətli deyil, uzunmüddətli fəsadlar da yaradır. Gipp deyib ki, kafein bağırsaqlarda kalsiumun sovrulmasına mane olur və bu da gənclərdə sümük zəifliyinə gətirib çıxarır.

2023-cü ildə dərc edilən geniş bir araşdırma nəticəsində məlum olub ki, 18 yaşdan aşağı şəxslər arasında enerji içkilərinə bağlı sağlamlıq problemlərinin yarısı ürəklə, üçdə biri psixi pozuntularla və 22 faizi böyrəklə bağlıdır. Bəzi hallarda sadəcə 80 mq kafein belə ürək ritminin pozulması və böyrək çatışmazlığı kimi ağır nəticələrə yol aça bilir.

Psixi sağlamlıq sahəsində də mənzərə ürəkaçan deyil. 1,2 milyon gəncin qatıldığı bir tədqiqatda enerji içkisi ilə stress, narahatlıq, depressiya və intihar düşüncəsi arasında ciddi əlaqə tapılıb. Tədqiqatçılardan biri, Dr. Shelina Visram bildirib ki, bu içkilər psixoloji gərginliyi artırır və artıq bu məsələ ictimai sağlamlıq baxımından təcili addım tələb edir.

Professor Amelia Lake isə bu içkilərin 10 yaşlı uşaqlara belə, su qiymətinə satılmasının qəbuledilməz olduğunu deyib.

Mütəxəssislər enerji içkilərinə alternativ olaraq bitki çayları, təbii meyvə şirələri, hindqozu suyu və adi su tövsiyə edir. Bundan başqa, tünd şokolad, yaşıl çay və goji giləsi də təbii enerji artırıcılar kimi tövsiyə olunur.

İsmayıl
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 May 2025 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri