Icma.az
close
up
RU
Gənclik insan həyatının ən çılğın və temperamentli dövrüdür ŞƏRH EDİLDİ

Gənclik insan həyatının ən çılğın və temperamentli dövrüdür ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Gənclik insan həyatının ən çılğın və temperamentli dövrüdür". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, bu yaş mərhələsi həm bioloji, həm də psixoloji baxımdan insanın ən enerjili və dinamik dönəmidir. Gənclər müstəqil həyata qədəm qoyduqdan sonra tez-tez özlərini böyüklərdən və valideynlərindən daha ağıllı hesab edirlər. Onlar düşünürlər ki, qarşılaşdıqları bütün məsələlərdə ən doğru qərarı yalnız özləri verə bilərlər. Bu səbəbdən bir çox hallarda tələsik və düşünülməmiş qərarlar qəbul edirlər ki, nəticədə bu qərarlar onların əleyhinə işləyir. Lakin zamanla həyatın acı-şirin tərəflərini yaşayaraq, onlar da təcrübə toplayırlar. Gənclərin təhlükəsizlik və azadlıq tələblərinə gəlincə, burada da müəyyən disbalans müşahidə olunur. Əksər gənclər təhlükəsizlik məsələsini ikinci plana keçirərək, azadlığa daha çox üstünlük verirlər. Lakin təəssüf ki, son illərdə gənclərin "azadlıq" anlayışı yanlış istiqamətə yönəlib. Bəziləri nəfslərinin istədiyi hər şeyi etmək hüququnu azadlıq kimi qəbul edirlər. Bu cür yanlış yanaşma nəticəsində bir çox gənclər narkotik vasitələrə və alkoqola aludə olurlar. Gecə həyatına aludəçilik onları təhsildən uzaqlaşdırır, əxlaqi və mənəvi cəhətdən zəiflədir. Bundan əlavə, sosial şəbəkələr və bəzi seriallar vasitəsilə gənclərə təlqin olunan Avropa mənşəli dağılmış ailə modelləri və mənəvi sərhədsizlik, onların dünya görüşünə neqativ təsir göstərir.

Unutmaq olmaz ki, azadlıq məsuliyyətlə müşayiət olunmalıdır. Gənclər başa düşməlidirlər ki, soyunmaq, LGBT-yə mənsub olmaq, narkotik istifadə etmək – bunlar azadlıq deyil, insanı həm mənəvi, həm də fiziki cəhətdən deqradasiyaya uğradan hallardır. Biz cəmiyyət olaraq gənclərimizi bu istiqamətdə düzgün istiqamətləndirməliyik. Onlara milli və mənəvi dəyərlərə söykənən, ifrat və təfritdən uzaq bir azadlıq anlayışını aşılamağa çalışmalıyıq. Digər mühüm məsələ isə təhlükəsizlikdir. Bu, həm fərdi, həm də ictimai səviyyədə həyati əhəmiyyət daşıyan məsələdir. İctimai təhlükəsizlik cəmiyyətin hər bir üzvünün hüquq və qanunlara riayət etməsi ilə təmin olunur. Bu hüquqlar isə hüquq-mühafizə orqanları və müvafiq qanunvericilik vasitəsilə qorunur. Hər bir gənc, bu ölkənin vətəndaşı olaraq, həm özünün, həm də cəmiyyətin təhlükəsizliyini təmin etməyə borcludur. Ona görə də, qanunlara zidd və ictimai asayişi poza biləcək davranışlardan çəkinməlidir. Bütün bunların gerçəkləşməsi üçün gənclərlə davamlı maarifləndirmə işləri aparmaq vacibdir. Yalnız belə olduqda biz sağlam düşüncəli, əxlaqlı və məsuliyyətli bir gənc nəsil yetişdirə bilərik".

Müəllif: Günel Rəşadqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 İyun 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri