Icma.az
close
up
RU
“Gənclik Mall” yaxınlığında taksilər üçün minib düşmə məntəqəsi yaradılıb FOTO VİDEO

“Gənclik Mall” yaxınlığında taksilər üçün minib düşmə məntəqəsi yaradılıb FOTO VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paytaxtın sıx nəqliyyat axını müşahidə olunan nöqtələrindən biri olan “Gənclik Mall” ticarət mərkəzinin ətrafında taksilərin nizamsız dayanmasının qarşısını almaq məqsədilə yeni minib-düşmə məntəqəsi təşkil olunub. Artıq ticarət mərkəzinə taksi ilə gələn və ya oradan taksi ilə gedən şəxslər üçün konkret dayanacaq yeri mövcuddur.

Avtosfer.az xəbər verir ki, minib-düşmə məntəqəsi “Gənclik Mall”un ikinci girişində, parklanma hissəsində, F.X.Xoyski və Olimpiya küçələrinin kəsişməsində yerləşir.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfəri bildirib ki, burada taksilərin sərnişinləri rahat şəkildə düşürüb mindirə bilməsi üçün şərait yaradılıb və bu məqsədlə hətta bir nəfər mütəxəssis də müvəqqəti olaraq əraziyə təyin edilib:

"Artıq “Gənclik Mall”a gələn və gedən sərnişinlər taksiləri məhz bu nöqtədən sifariş edə və rahat şəkildə istifadə edə bilərlər. Bu, həm ərazidəki nəqliyyat sıxlığının azaldılmasına, həm də piyadaların təhlükəsizliyinə xidmət edəcək", – deyə ekspert qeyd edib.

***

"Gənclik Mall"un parklanma yerinin giriş hissəsində "dropoff" məntəqəsi (mindirib-düşürmə yeri -red.) yaradılıb və geriyədönmə yeri təkmilləşdirilib.

 Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib.

Sözçü qeyd edib ki, Fətəli xan Xoyski küçəsi, "Gənclik Mall"un qarşısı sıxlıq hallarının müşahidə edildiyi ərazi olduğu üçün bu layihə icra edilib:

"Əhmədbəy Ağaoğlu küçəsi, Vaqif və Atatürk prospektləri istiqamətlərindən gələn 6 hərəkət zolağı bu ərazidə 3 hərəkət zolağı ilə əvəzləndiyi üçün darboğaz əmələ gəlirdi və nəqliyyat vasitələrinin hərəkəti çətinləşirdi.

Bundan əlavə, "Gənclik Mall"a gələn yüksək ziyarətçi axını parklanma yerinin girişində növbəyə səbəb olduğunu qeyd etməliyik. Bu isə Fətəli xan Xoyski küçəsini, o cümlədən, avtobus zolağını bloklayır.

Yeni layihədən sonra "Gənclik Mall"un parklanma yerinin giriş hissəsində "dropoff" məntəqəsi yaradılıb və geriyədönmə yeri təkmilləşdirilib. Fətəli xan Xoyski küçəsindəki zolaqlar silinərək yenidən çəkilib və 3 hərəkət zolağı 4 hərəkət zolağı ilə əvəzlənib".

O əlavə edib ki, bu addım nəticəsində ticarət və əyləncə mərkəzinin giriş hissəsində sıxlıq azaldılacaq:

"Sıxlıq olsa belə, bunun əsas yola minimum təsiri müşahidə ediləcək, ictimai nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi baş tutacaq.

Bütün tənzimləmələr AYNA-nın mütəxəssisləri tərəfindən hesablanıb və təhlil olunub, vətəndaşların daha rahat hərəkət etməsi üçün nəzərdə tutulub".

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 İyun 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri