Icma.az
close
up
RU
Gəncliyin ixtisas seçimi başa çatdı

Gəncliyin ixtisas seçimi başa çatdı

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Builki sınaq marafonunda 87 mindən çox orta məktəb  məzununun 59 min nəfərə yaxını tələbə adı qazandı

Hər bir  gəncin ən böyük arzusu və  başlıca məqsədi illərlə verdiyi əməyin sonunda   istədiyi ixtisas üzrə ali  təhsil almaqdır. Bunun üçün  uzun müddət hazırlaşır, sınaq imtahanlarında iştirak edir, müxtəlif çətinliklərlə üzləşir və nəhayət, qəbul imtahanlarında öz bilik və bacarıqlarını ortaya qoyurlar. Avqustun 24-də açıqlanan ixtisas seçiminin nəticələri  bu uzun və gərgin prosesin son mərhələsidir.

2026-cı il üzrə ali təhsil müəssisələrinin müsabiqəsində, ümumilikdə, 87 min 146 nəfər iştirak edib. Onlardan 58 min 947 nəfəri  tələbə adını qazanıb, universitetlərə qəbul planı 97,07 faiz yerinə yetirilib. Qəbul olunanların 4 min 215 nəfərini subbakalavrlar təşkil edib. Bu nəticələr ali təhsilə marağın və universitetlərdə təhsil almaq istəyən gənclərin sayının kifayət qədər yüksək olduğunu göstərir.

28 min 108 nəfər dövlət sifarişi əsasında, 317 nəfər dövlət hesabına (xüsusi əsaslarla  ali məktəblərə qəbul edilənlər), 30 min 522 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Dövlət sifarişi ilə qəbul olunanlar arasında 1145, ödənişli əsaslarla qəbul olunanlar arasında 3012 ­subbakalavr var. Dövlət hesabına qəbul olunan subbakalavrların sayı isə 58 nəfər təşkil edib.

İxtisas qrupları üzrə göstəricilər də abituriyentlərin seçimində müəyyən fərqləri ortaya qoyur. Ən çox qəbul I ixtisas qrupunda qeydə alınıb. Bu qrup üzrə ümumilikdə, 19 min 177 nəfər ali məktəblərə qəbul olunub. II ixtisas qrupu üzrə 15 min 524 nəfər təhsil almaq imkanı qazanıb.  III ixtisas qrupu üzrə 15 min 332 nəfərdən 11 min 030 nəfər ödənişli, 4 min 224 nəfər dövlət sifarişi, 78 nəfər isə dövlət hesablı əsaslarla, IV ixtisas qrupu üzrə isə 4621 nəfər qəbul olunub.  Qəbul prosesində diqqətçəkən məqamlardan biri də subbakalavrların ali təhsilə inteqrasiyasıdır. Ümumilikdə, 4215 subbakalavr ali təhsil müəssisələrinə qəbul edilib.

Digər maraqlı məqamlarından biri də müsabiqədənkənar qəbul imkanlarından yararlananların sayıdır. Bu il 3 nəfər beynəlxalq fənn olimpiadasında, 103 nəfər respublika fənn olimpiadalarında, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan IB təhsil proqramı üzrə əldə etdiyi nəticələrə əsasən müsabiqədənkənar ali məktəblərə qəbul olunmaq hüququ qazanıb. Bundan başqa, SAT nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi ümumilikdə 520 abituriyent ADA Universitetinə qəbul olunub. 

Təhsil məsələləri üzrə ekspert Elmir Nəsirov qeyd etdi ki, bu il abituriyentlərin ixtisas seçimində müəyyən dəyişikliklər müşahidə olundu: 

– I ixtisas qrupunda informasiya təhlükəsizliyi və kompüter elmləri ilə yanaşı, kimya mühəndisliyinə də böyük maraq göstərilib. Əvvəlki illərlə müqayisədə qida mühəndisliyinə üstünlük verənlərin çoxalması da diqqətçəkən məqamlardandır. II ixtisas qrupunda isə vaxtilə ən çox üstünlük verilən mühasibat ixtisası artıq əvvəlki mövqeyini qoruyub saxlaya bilmir. Hazırda beynəlxalq ticarət və logistika daha çox seçilən istiqamətlər sırasındadır. Maliyyə ixtisası isə ənənəvi mövqeyini qoruyaraq abituriyentlərin maraq göstərdiyi əsas sahələrdən biri olaraq qalır.

III ixtisas qrupunda hüquq hələ də öz ənənəvi populyarlığını saxlayır. Hüquqdan sonra isə beynəlxalq münasibətlər ixtisasına maraq çox yüksəkdir. Bununla belə, abituriyentlərin seçimində hələ də ciddi bir problem qalır, onlar çox zaman ixtisasdan daha çox universitetin adına üstünlük verirlər. Bəzi özəl universitetlərin diplomlarının tanınmaması və ya gələcəkdə fəaliyyətlərinin dayandırılması ilə bağlı narahatlıqları olduğunu deyirlər. 

IV ixtisas qrupunu seçən abituriyentlərin isə böyük hissəsinin əsas məqsədi məhz tibb ixtisasına yiyələnməkdir. Bununla yanaşı,  bu il Qarabağ Universitetinə maraq daha da  artıb. Eyni zamanda, Xəzər Universitetində filologiya (Çin dili) ixtisası üzrə cəmi 15 plan yerinin olması və bu sahəyə tələbatın yüksəlməsi də diqqət çəkir. Bakı Dövlət Universitetində filologiya (Çin dili, tədrisi ingilis dilində) ixtisasına marağın artması da bu tendensiyanın göstəricilərindəndir.

Ekspertin fikrincə, ixtisas seçimi zamanı plan yerlərinin sayına yanaşma da düzgün formalaşdırılmalıdır. 

– Plan yerlərinin çox olması bəzi abituriyentlərdə həmin ixtisasa qəbul şansının daha yüksək olduğu təəssüratını yaradır. Halbuki gələcəkdə həmin ixtisas üzrə məzunların sayının çox olması əmək bazarında rəqabəti artıra bilər. 

Bu il abituriyentlərin ixtisas seçimində yeni və perspektivli istiqamətlərə maraq artıb. I ixtisas qrupunda data analitikası kimi yeni sahələrə üstünlük verilir.  Müşahidə edirik ki, informasiya texnologiyaları və rəqəmsal sahələr gənclərin karyera seçimində getdikcə daha mühüm rol oynamağa başlayır. Yüksək bal toplayan abituriyentlərin müasir və texnoloji istiqamətlərə yönəlməsinin də çox olduğunu deyə bilərik. Bu baxımdan, ADA Universitetinin kompüter elmləri ixtisasında 697 bal səviyyəsində nəticənin formalaşması informasiya dövründə texniki ixtisasların yüksək nəticə göstərən abituriyentlər üçün cəlbedici olduğunu sübut edir. Respublika fənn olimpiadalarının, xüsusilə texniki istiqamətlər üzrə qaliblərinin belə ixtisaslara üstünlük vermələri də müsbət tendensiyadır. 

Seçimlərə nəzər salanda görürük ki, abituriyentlərin bir çoxu gələcəkdə əmək bazarında tələbatın yüksək olacağı yeni sahələrə yönəlməyə başlayıblar. Bu isə ixtisas seçimində düşüncə tərzinin tədricən dəyişdiyini göstərir.

Ləman TƏHMƏZ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see414

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see327

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see322

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see261

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see257

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see229

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see200

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see198

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see197

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see188

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see180

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see179

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see177

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see175

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see169

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see164

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see162

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see161

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see158

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri