Gender bərabərliyi mövzusunda tədbirlər keçirildi Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iş yerlərində gender bərabərliyi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısının alınması mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirlər Xidmətin Bakı Şəhər İdarəsi və Abşeron-Xızı regional şöbəsi tərəfindən təşkil olunub.
Maarifləndirmə tədbirlərində Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, eləcə də dövlət və özəl sektorlarda fəaliyyət göstərən 150-yə yaxın işəgötürən və onların nümayəndələri iştirak ediblər.
Tədbirlər zamanı əmək münasibətlərində bərabər yanaşma prinsipinin təmin olunması, işə qəbul, əmək şəraiti, əməkhaqqı, vəzifə bölgüsü və karyera imkanları zamanı cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi barədə məlumat verilib.
Həmçinin iş yerlərində ayrı-seçkiliyin qarşısının alınması istiqamətində işəgötürənlərin üzərinə düşən vəzifələr, sağlam və ədalətli əmək mühitinin formalaşdırılması, işçilərin hüquqlarına hörmətlə yanaşılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirlərin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Gender bərabərliyinin təmin olunmasının əmək münasibətlərində daha ədalətli və səmərəli iş mühitinin formalaşmasına da töhfə verdiyi vurğulanıb.
Maarifləndirmə tədbirləri 18 may-18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində və “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən təşkil olunub.








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 12 İyun 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















