General ABŞ yə bu məlumatları ötürürmüş Çində növbəti qalmaqal
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çinin yüksək hərbi dairələrində strateji əhəmiyyətli məlumatların sızması ilə bağlı daha bir qalmaqal yaşanıb.
"Unikal" “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, Çin Xalq Respublikası Mərkəzi Hərbi Komissiyasının sədr müavini və Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü Zhang Yuxia istintaqın mərkəzindədir.
O, Çinin nüvə potensialı ilə bağlı ABŞ-yə həssas texniki məlumatları ötürməkdə şübhəli bilinir.
Nəşrin məlumatına görə, generala qarşı ittihamlar Çin Xalq Azadlıq Ordusunun yüksək rütbəli komanda heyəti üçün qapalı iclasda səsləndirilib.
Məxfi məlumatların xarici tərəfə ötürülməsi ilə yanaşı, Zhang Yuxia keçmiş müdafiə naziri Li Şanqfunun və hərbi təchizat sistemi ilə əlaqəli bir neçə digər zabitin karyera yüksəlişinə kömək etdikləri üçün rüşvət almaqda ittiham olunur.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 26 Yanvar 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















