Icma.az
close
up
RU
General deputatlara hesabat verdi Nələrdən danışdı?

General deputatlara hesabat verdi Nələrdən danışdı?

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İnsan alverinə qarşı mübarizədə fəaliyyətin effektivliyinin əsas şərtlərindən biri güclü hüquqi və institusional bazanın mövcudluğudur. Bu baxımdan hesabat ilində milli mexanizmlərin təkmilləşdirilməsi daim diqqətdə saxlanılıb. Bu istiqamətdə bir qanuna, Azərbaycan Prezidentinin üç fərmanına və Nazirlər Kabinetinin üç qərarına müvafiq dəyişikliklər edilib”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında danışarkən deyib.

O vurğulayıb ki, gələcək dövr üçün strateji planlaşdırma müvafiq dövlət qurumlarının təklifləri nəzərə alınmaqla hazırlanıb və 2026-2030-cu illər üçün Milli Fəaliyyət Planı 34 dövlət qurumu ilə razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilib: Dördpendirli pizza

“Həmin konseptual sənəddə preventiv tədbirlərin genişləndirilməsi, qurbanların müdafiəsinin gücləndirilməsi, cinayət təqibinin effektivliyinin artırılması, dövlət qurumları arasında koordinasiyanın genişləndirilməsi əsas hədəf istiqamətləri kimi müəyyənləşdirilib. Maarifləndirmə və preventiv fəaliyyət başlıca vəzifələrdən biri kimi bu istiqamətdə görülən işlər kompleks xarakter daşımış, coğrafi əhatə baxımından genişləndirilmiş, hədəf qrupları üçün diferensial yanaşma tətbiq edilib. Müvafiq tədbirlərin icrası çərçivəsində Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Səhiyyə, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Ombudsman Aparatı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Reklam Agentliyi, Dövlət Turizm Agentliyi, Medianın İnkişafı Agentliyi və Dövlət Məşğulluq Agentliyi tərəfindən geniş işlər həyata keçirilib.

Belə ki, adları çəkilən qurumlar maarifləndirmə, ölkəyə turist kimi gələn şəxslərin qanunsuz əməllərdən qorunması, medianın monitorinqi, erkən nikahların qarşısının alınması, baxımsız qalan, təhsildən yayınan, övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqlara və onların ailələrinə nəzarət, dövlət uşaq müəssisələrinin məzunlarına sosial-hüquqi və sosial-psixoloji xidmətlərin göstərilməsi, təlim və treninqlərin təşkili kimi tədbirləri həyata keçirib. Xarici ölkələrə əmək fəaliyyəti məqsədilə getmək istəyən şəxslərin, ölkəyə gələn və tranzit istifadə edən əcnəbilərin məlumatlandırılması məqsədilə insan alveri riskləri, təhlükəsiz miqrasiya qaydaları və hüquqi müdafiə mexanizmlərini əhatə edən 3400 maarifləndirici material hazırlanaraq aidiyyəti qurumlara göndərilib. İnsan alveri, məcburi əmək, hüquqi məsuliyyət və şəxsi təhlükəsizlik mövzularında 72 orta ixtisas təhsil müəssisəsində seminarlar təşkil edilmiş, bu tədbirlərin əsas məqsədi gənclərdə riskləri tanımaq və onlardan yayınmaq bacarığını formalaşdırmaq olub".

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 May 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri