Icma.az
close
up
RU
General Nizami Məmmədov və digər 3 nəfərə hökm oxundu 34 aylıq cinayət işi yekunlaşdı KONKRET

General Nizami Məmmədov və digər 3 nəfərə hökm oxundu 34 aylıq cinayət işi yekunlaşdı KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

KONKRET.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakim məhkəmə istintaqının bitdiyini elan edib və çıxışlar mərhələsinə keçirilib.

Sonra zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Maliyyə Nazirliyinin hüquqşünası çıxış edərək dəymiş ziyanın tam olaraq ödənilməsini tələb edib.

Sonra təqsirləndirilən şəxs,  general-mayor Nizami Məmmədov son sözlə çıxış edərək özünü qismən təqsirli bilib, lakin bəzi məbləğləri qəbul etməyib.
O, Məlikməmməd Qurbanovdan 800 min manat almadığını deyib: “143 milyon manat məbləğ şişirdilib. Mənə verilən məbləğin üzərimə düşən hissəsinin yarıdan çoxunu geri qaytarmışam”.

Digər təqsirləndirilən Cəlal Kazımov da son sözündə məbləğlərin şişirildiyini və ona verilən ittihamların bir qismini qəbul etdiyini deyib.

Daha bir təqsirləndirilən şəxs Bayram Bayramov 2 milyon 495 min manatdan 235 min 700 manatı qəbul etdiyini bildirib: “Mənə vaxt versinlər həmin məbləği ödəyim”.

Təqsirləndirilən şəxs Vüsal Əlizadə isə ona yazılan 801 min manatdan 590 min manatı qəbul etdiyini qeyd edib: “Həmin məbləğində əmlaklarımı satıb 320 min manatını ödəmişəm, qalan 270 min manatı da müəyyən zaman çərçivəsində ödəməyə hazıram. Himayəmdə azyaşlı övladlarım var, valideynim ağır xəstədir, xahiş edirəm bunları nəzərə alsanız”.

Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan ediblər. Hökmə əsasən Nizami Məmmədov 11 il 6 ay, Bayram Bayramov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bütün şəxslərin üzərində olan 313-cü maddəyə görə cəza müddəti keçdiyi üçün xitam verilib. Onların əmlakları dövlətə dəymiş ziyanın qarşılığı olaraq müsadirə olunub.

Qeyd edək ki, Nizami Məmmədov 18 milyon 600 min dəymiş ziyandan 12 milyon 415 min, Cəlal Kazımov  186 min, Vüsal Əlizadə isə 320 min manat ziyan ödəyib.

Qərara alınıb ki, 6 min manat məhkəmə ekspertiza xərci müştərək qaydada hər 4 nəfərdən tutularaq dövlət nəfinə köçürülsün.
Calal Kazımovun qardaşının adına olan əmlakın, həmçinin Bayram Bayramovun atasının adına olan əmlakın üzərindən də həbsin götürülməsi ilə bağlı qərar qəbul edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Dekabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see251

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see163

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see161

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri