Icma.az
close
up
RU
General şabalıd biznesindən danışdı: "Piramida qurub, 12 13 nəfəri..."

General şabalıd biznesindən danışdı: "Piramida qurub, 12 13 nəfəri..."

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov şabalıd biznesi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bakupost.az xəbər verir ki, Raul Zeynalov Qaynarinfo-ya açıqlamasında öncə FHN-nin keçmiş əməkdaşı, kapitan Ayaz Bayramovun onun 1 milyon manata yaxın vəsaitini mənimsəməsi ilə bağlı məlumata münasibət bildirib:

"Əslində hər şey yazıldığı kimi deyil. Təqsirləndirilən şəxs 12-13 nəfərə zərər vurub. Ayaz Bayramov bütün bu dələduzluğu piramida şəkilində edib. Onun axmaqlığından yazmırsız, elə mənim şəkilimi qoyursuz saytlara. Bu nə dərəcə düzdür? Başa düşürəm, hamı reytinq üçün işləyir. Amma mən bunu düzgün hesab etmirəm".

General deyib ki, Ayaz Bayramovu FHN-də çalışdığı zaman tanıyıb:

"Onu FHN-də tanımışam və işbirliyinə getmişəm. Təqaüdə çıxdıqdan sonra Ayaz Bayramovun dələduzluğuna məruz qaldığımı anlamışam. Mənə dəyən zərər bir milyon manatdan azdır. O bizdə çalışırdı və belə adam olduğunu bilməmişik. Təqsirləndirilən şəxs zərərçəkmişləri əsəb xəstəsi edib. Adamlar var ki, evlərini satıb biznesə qoyublar. İndi elələri var ki, evdən çıxarılıblar, qalmağa yerləri yoxdur. Bizə qarşı böyük vicdansızlıq edib..."

Raul Zeynalov bu hadisədən sonra işdən çıxarılması barədə xəbərə belə münasibət bildirib:

"Mən 23 il FHN-də müxtəlif vəzifələrdə çalışmışam. Şükürlər olsun ki, xidmət etdiyim müddətdə nöqsanlara yol verməmişəm. Əksinə, qurumda çalışan insanlara maddi və mənəvi dəstək olmuşam. Hər zaman çalışmışam ki, yaxşlıq edim. Ötən il son yaş həddi ilə əlaqədar öz istəyimlə təqaüdə göndərilmişəm. Zəhmətimlə general rütbəsinə kimi yüksəlmişəm. Baş verən hadisələrin mənim general rütbəmə və yaxud FHN-dəki işimə nə bağlığı var? Şərhlərdə yazacaqlar ki, vəzifədə olduğu vaxt bu qədər pulu hardan qazanıb? Mənim ailəm imkanlı olub və hər hansı əyri yolla qazanc əldə etməyimə ehtiyac qalmayıb. Bir daha deyirəm, zəhmətimizlə bu yerə gəlib çıxmışıq. Əksinə, yuxarıda qeyd etdiyim kimi, öz imkanlarımla FHN-dəki həmkarlarıma dəstək olmuşam. Bax bunlardan da yazın".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov xidmətdə olduğu dövrdə şabalıd biznesinə sərmayə qoyduğu deyilir. "Qafqazinfo"nun məlumatına görə, nazirlikdə kapitan rütbəsi ilə çalışan Ayaz Bayramovla birgə Qəbələdən Bakıya şabalıd gətirərək qazanc əldə etməyi planlaşdırıb. Ayaz Bayramov generala biznesin genişlənməsi üçün milyonlarla manat tələb olunduğunu deyərək ondan böyük məbləğdə pul alıb.

General istintaqda, Ayazın onu aldadaraq sadəcə şəkillərlə alver görüntüsü yaratdığını bildirib. Lakin o, biznesin uğurlu getdiyinə inanaraq həm şəxsi vəsaitini, həm də qohumlarından borc aldığı pulları bu işə yatırıb, hətta "Lexus”, "BMW” və "Chevrolet” markalı avtomobillərini girov qoyaraq Ayazın adına keçirib.

Hazırda iş Bakı Hərbi Məhkəməsində araşdırılır. Ayaz Bayramov 3 milyon manat mənimsəməkdə ittiham olunur, özü isə generalı hadisələrin təşkilatçısı adlandırır. Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş var və Raul Zeynalovun növbəti iclasda ifadə verməsi gözlənilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Noyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see244

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see234

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see228

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see200

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see168

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see164

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see150

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see147

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see142

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see140

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see140

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see138

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see137

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see135

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see134

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see128

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see127

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see127

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see125

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri